12 rayonda - ƏMƏK YARMARKASI KEÇİRİLƏCƏK - SİYAHI

12 rayonda - ƏMƏK YARMARKASI KEÇİRİLƏCƏK - SİYAHI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən fevral ayında 12 şəhər və rayonda (Balakən, Göyçay, Lənkəran, Qəbələ, Şəki, Beyləqan, Gəncə-Nizami, Goranboy, Neftçala, Şamaxı, Tovuz, Sumqayıt) əmək yarmarkasının keçirilməsi planlaşdırılır. 

Nazirlikdən verilən məlumata görə, əmək yarmarkalarında həmin bölgələrdəki idarə, müəssisə və təşkilatlarda olan vakant (boş) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Onlara peşə və ixtisaslarına, əmək bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər veriləcək. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə peşə hazırlığı kurslarına cəlb olunacaq.

AMVPRESS.AZ


Xəbər lenti