Azərbaycana gələnlərin yarısından çoxu Rusiya və Gürcüstan - VƏTƏNDAŞLARIDIR

Azərbaycana gələnlərin yarısından çoxu Rusiya və Gürcüstan - VƏTƏNDAŞLARIDIR

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar-noyabr aylarında  Azərbaycana dünyanın 192 ölkəsindən 2 milyon 923 min 800 və ya 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 11,0 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

AMVPRESS.AZ xəbər verir ki, gələnlərin 29,7 faizi Rusiya Federasiyası, 22,6 faizi Gürcüstan, 9,9 faizi Türkiyə, 8,0 faizi İran, 3,5 faizi Səudiyyə Ərəbistanı, hər birindən 2,0 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Hindistan, 1,9 faizi Ukrayna, 1,7 faizi Türkmənistan, 1,6 faizi İraq, hər birindən 1,5 faiz olmaqla Qazaxıstan və İsrail, 1,4 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 66,3 faizini kişilər, 33,7 faizini isə qadınlar təşkil etmişdir.

Ölkəmizə yanvar-noyabr aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (90,0 faiz), Hindistan (67,7 faiz), Çin (63,1 faiz), Misir (58,5 faiz), Malayziya (51,2 faiz), Səudiyyə Ərəbistanı (46,1 faiz), Macarıstan (32,8 faiz), Polşa (31,7 faiz), Özbəkistan  (27,3 faiz), İspaniya (26,6 faiz), Filippin (26,5 faiz), Böyük Britaniya (26,5 faiz), Qazaxıstan (24,1 faiz), Cənubi Koreya (20,2 faiz), Gürcüstan (20,1 faiz) və Almaniya (19,8 faiz) vətəndaşları arasında qeydə alınmışdır.

2019-cu ilin yanvar-noyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 22 faiz artaraq 130 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 9,1 faiz artaraq 1 milyon 60 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 58,4 faizi dəmir yolu və avtomobil, 40,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə etmişdir.

AMVPRESS.AZ


Xəbər lenti