Agentlik: Koronavuris daxili turizmin inkişafına müsbət təsir göstərəcək

Agentlik: Koronavuris daxili turizmin inkişafına müsbət təsir göstərəcək

"Çində yayılmış koronavirus Azərbaycanda daxili turizmin inkişafına müsbət təsir edəcək. Çünki bu virusa görə insanlar ölkədən çıxmağa çəkinirlər". 

"Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

O həmçinin bildirib ki, bu il Azərbaycana gələn turistlərin sayının artımı ilə bağlı proqnoz özünü doğrultmaya bilər: "Bu ilin əvvəlində proqnozlaşdırırdıq ki, Azərbaycana gələn turistlərin sayı 10% artacaq. Amma bu rəqəmi korrektə edirik. Korrektə bizdən asılı deyil, qlobal məsələlərlə bağlıdır".

AMVPRESS.AZ

Xəbər lenti