“AMV GROUP” MÜKAFATLANDIRILDI (FOTOLAR)

“AMV GROUP” MÜKAFATLANDIRILDI (FOTOLAR)
AMVPRESS.AZ xəbər verir ki, "Park İnn" oteldə "Caspian Awards" mükafatlandırma mərasimi baş tutub. İncəsənət xadimləri, görkəmli şəxslər, şirkətlər, ictimai xadimlər, idmançılar, aktyorlar, iş adamları kimi nüfuzlu şəxslər gecədə iştirak ediblər. 

AMV Şirkətlər Qrupu (AMV GROUP) "Caspian Awards” 2019 Mükafatına "Peşəkar Şirkətlər Qrupu” olaraq layiq görülüb.

AMV Şirkətlər Qrupunun tərkibində maliyyə və mühasibatlıq xidmətləri üzrə "AMV Consulting”, analitik və stratejik maliyyə xidmətləri üzrə "AMV Finance", alternativ təhsil və təlim xidmətləri üzrə "AMV Education”, kuryer və poçt xidmətləri üzrə "AMV Express”, hüquqi və inzibati xidmətlər üzrə "AMV Law", texnologiya və internet xidmətləri üzrə "AMV SoftLab”, səyahət və səfərin təşkili üzrə "AMV Travel”, iqtisadiyyat və biznes informasiyalarının işıqlandırılması üzrə "AMVPRESS.AZ” informasiya portalı fəaliyyət göstərir.

Mükafatlandırılmaq üçün AMV Şirkətlər Qrupunun (AMV GROUP) təsisçiləri Elşən Gəncəvi, Orxan Şükürov və İbrahim Süleymanov  səhnəyə dəvət olunublar.

AMV Şirkətlər Qrupunun (AMV GROUP) direktoru Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu "Caspian Awards” 2019 Mükafatına "İş Adamı” olaraq layiq görülüb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub. Müxtəlif ictimai və sosial məqalələrin müəllifidir. Elşən Gəncəvinin ictimai və sosial mövzularda məqalələri "Oxu-magiya” kitabında toplanıb. 

"AMVPRESS.AZ” informasiya portalının baş redaktoru və "İslahat.az” xəbər portalının yazarıdır.

"Caspian Awards” mükafatlandırma mərasiminin keçirilməsində əsas məqsəd müxtəlif peşə sahiblərinə motivasiya vermək və bir araya toplayaraq geniş ictimaiyyətə təqdim etməkdir.

Mükafatlandırma gecəsində il ərzində fərqlənən, yadda qalan və daha çox izlənilən, ictimai fəaliyyəti ilə fərqlənən şəxslər və şirkətlər təltif edilib.

"Caspian Awards" 2019 Mükafatlandırma gecəsinin aparıcısı əməkdar artist Elnur Kərimov olub. Layihənin rəhbərləri: Ayaz Məmmədov və Tural Ələkbərov.

AMVPRESS.AZ

Xəbər lenti