Artıq ödənilmiş vergilərin qaytarılması ilə bağlı - NAZİRLƏR KABİNETİNDƏN QƏRAR

Artıq ödənilmiş vergilərin qaytarılması ilə bağlı - NAZİRLƏR KABİNETİNDƏN QƏRAR
Nazirlər Kabineti artıq ödənişmiş vergilərin qaytarılması ilə bağlı öz qərarına dəyişiklik edib.

AMVPRESS.AZ xəbər verir ki, Nazzirlər Kabinetinin qərarı ilə «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə» Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarında dəyişiklik edilib.

Yeniliyə görə, 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarının 3-cü hissəsi ləğv edilib. Xatırladaq ki, həmin hissədə deyilirdi ki:

«3. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər»
 
AMVPRESS.AZ

Xəbər lenti