Avtomobillərin texniki baxışı da “ASAN”laşdı – YENİ QƏRAR

Avtomobillərin texniki baxışı da “ASAN”laşdı – YENİ QƏRAR
Azərbaycanda avtomobillərin texniki baxışı qaydaları dəyişib.

Bu barədə qərar Daxili İşlər Nazirliyinin Kollegiya iclasında yanvarın 8-də qəbul edilib. Qərara əsasən, "Nəqliyyatvasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə T Ə L İ M A T"a dəyişiklik edilib. Nazir Ramil Usubovun imzaladığı qərarda avtomobillərin texniki baxışı ilə bağlı çox ciddi yeniliklər var.

Əsas yeniliklərdən biri texniki baxışla bağlı vaxt çərçivələrinin götürülməsidir.

İndiyədək Müxtəlif ölkələrdə istehsal olunmuş avtomobillərin texniki baxışı ilə bağlı müddət tələbləri vardı.

İndi isə bu qayda lğv edilib.  Texniki baxışı ildə bir dəfə istənilən vaxt keçirmək olar, bir şərtlə ki, bu əvvəlki texniki baxışın bir ili bitdikdən sonra 20 gün ərzində olsun. Texniki baxış bu 20 gün içərisində olmasa, maşın sahibi cərimələnəcək.

İkinci mühüm yenilik odur ki, texniki baxışdan sonra avtomobilin hansı halda olmasından asılı olmayaraq onun istismarı qadağan edilmir.  İndiyədək avtomobildə texniki problem aşkar ediləndə həminproblem aradan qaldırılmayınca onun istismarı qadağan edilirdi.İndi isə bu qayda götürülüb. Həmin tələb yalnız avtobuslara və icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük maşınlarına, eləcə də xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə aid olacaq. Minik avtomobillərinə isə bu qadağa tətbiq edilməyəcək. Nəticədə indiyədək maşındakı probleminaradan qaldırılması ilə bağlı tələb olunan arayış da ləğv edilib.

Bununla yanaşı, yeni qaydaya görə texniki baxışda avtomobilin sahibinə problemlər haqqında məlumat verilir, maşın sahibi onu bir il ərzində, yəni növbəti texniki baxışa qədər aradan qaldırılmalıdır, bunu etməsə, gələn il texniki baxışdan keçməyəcək.

Növbəti maraqlı yenilik, texniki baxış talonları ləğv edilir. Daha dəqiqi bu talonlar kağız şəklində ləğv edilir. Əvəzində texniki baxışdan keçmə ilə bağlı elektron talon tərtib edilir və ASAN Xidmət sisteminə yerləşdirilir.

Yol polisi elektron talonu tərtib etdikdən dərhal sonra onu ASAN Ödəniş sisteminə göndərir. Öz növbəsində «ASAN Ödəniş» sistemi sistemi texniki baxış haqqında elektron talonu avtomobil sahibinin elektron kabinetinə yerləşdirir və onun şəxsin elektron ünvanına (olduğu halda) göndərir.

Texniki baxış haqqında talon yalnız beynəlxalq sərnişin və yük daşımaları ilə məşğul olan avtomobillər üçün müraciət əsasında kağız formasında verilə bilər.


AMVPRESS.AZ




Xəbər lenti