Çavuşoğlu: Ankara ilə Moskva arasındakı dialoq Qarabağda öz ciddi nəticələrini verdi

Çavuşoğlu: Ankara ilə Moskva arasındakı dialoq Qarabağda öz ciddi nəticələrini verdi
Türkiyə ilə Rusiya arasındakı dialoq, Dağlıq Qarabağdakı münaqişənin həllində öz real bəhrəsini verdi.
 
AMVPRESS.AZ xəbər verir ki, bu  fikiri Türkiyə Xarici İşlər naziri Mövlud Şavuşoğlu Böyük Millət  Məcliisnin komissiyasənda büdcə müzakirələri zamanı çıxışında deyib.

Çavuşoğlunun sözlərinə görə, Rusiya ilə qarşılıqlı memorandum nəinki Rusiyaya, bütün regiona, o cümlədən Ermənistana faydası olacaq. "Bu strateji yanaşmanı önümüzdəki dövrdə də davam etdirəcəyik”- Çavuşoğlu qeyd edib.

Türkiyəli nazir bildirib ki, noyabrın 11-də Qarabağda  birgə sülhə nəzarət monitorinq mərkəzinin yaradılması məqsədi ilə Türkiyə və Rusiya arasında memorandum imzalanıb.

"Orta və uzunmüddətli razılaşmanın bütün bölgəyə, eləcə də Ermənistana fayda gətirəcəyinə inanırıq. Bölgədə sülh və sabitliyin hökm sürməsini istəyirik”- Çavuşoğlu bildirib.
 
 
AMVPRESS.AZ

Xəbər lenti