AZAL Bakı-Dubay aviareysi üzrə - UÇUŞLARIN SAYINI ARTIRIR

AZAL Bakı-Dubay aviareysi üzrə - UÇUŞLARIN SAYINI ARTIRIR

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2019/2020-ci ilin qış cədvəli çərçivəsində Bakı-Dubay aviareysi üzrə birbaşa uçuşların sayını artırır.

AMVPRESS.AZ xəbər verir ki, hazırda sözügedən aviareys üzrə həftənin hər günü, gündə bir dəfə olaraq uçuşlar həyata keçirilir: "Noyabrın 29-dan etibarən isə gələn ilin yanvar ayınadək uçuşların sayı iki dəfə artırılacaq. Yəni şirkət Bakıdan Dubaya və əks istiqamətə hər gün iki dəfə uçacaq".

Aviaşirkətdən həmçinin bildirilib ki, sözügedən marşrut üzrə uçuşlar "Airbus" tipli təyyarələrlə yerinə yetirilir.

AMVPRESS.AZ


Xəbər lenti