Azərbaycan bu göstəriciyə görə dünyada - İLK 10-LUQDADIR

Azərbaycan bu göstəriciyə görə dünyada - İLK 10-LUQDADIR
Bu ilin əvvəlinə Azərbaycanın xarici dövlət borcunun (8,9 milyard ABŞ dollarından bir qədər çoxdur) ümumi daxili məhsula (ÜDM) nisbəti 17,6% təşkil edib.

AMVPRESS.AZ xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun açıqlamasında bildirilir. 

Eləcə də bax: Azərbaycanda adambaşına düşən xarici dövlət borcu azalıb

Məlumatda həmçinin deyilir ki, bu göstəricinin azlığına görə ölkəmiz dünyada 9-cudur. 

Siyahıya liderliyi Honkonq edir. Növbəti yerlərdə Bruney (2,6%), Əfqanıstan (6,9%), Estoniya (7,6%), Botsvana (12,8%), Rusiya (13,8%), Konqo (14%), Solomon adaları (14,6%) və Azərbaycandan sonra 10-cu yerdə Küveyt (17,8%) qərarlaşıb. 
 
AMVPRESS.AZ

Xəbər lenti