Azərbaycan dəvə südü satacaq - QİYMƏT

Azərbaycan dəvə südü satacaq - QİYMƏT
Azərbaycan Avropa ittifaqının və 7 ölkənin iştirak etdiyi PRİMA layihəsi çərçivəsində dəvə südü satışı ilə məşğul olacaq. Dəvə südünün bir litri təxminən 25 manata satılacaq.

Bu barədə AMVPRESS.AZ-ın biznes portalı Bizimyol.info-ya istinadən xəbər verir.  İyunun 1-də Frans, Almaniya, İtaliya, Xorvatiya, Türkiyə, Azərbaycan və Kanar adalarının qoşulduğu PRİMA layihəsi 3 il davam edəcək. 2 milyon avro büdcəyə malik layihə çərçivəsində sözügedən ölkələrdə dəvə südü istehsal olunacaq və ixrac ediləcək.

PRİMA layihəsinin Türkiyədəki rəhbəri Atakan Koç bildirib ki, Aydın bölgəsində dəvə fermaları salınıb və ölkə dəvə südünü 100 lirədən ixrac edəcək. Onun sözlərinə görə hər il dünyada 2 milyon 800 min ton dəvə südü istehsal olunur. "Dəvə bir çox ərəb ölkələrində bir növ müqəddəsləşdirilmiş heyvandır. Dəvə südünü bir çox ölkələr Allah vergisi kimi dəyərləndirdikləri üçün bu rəqəmin əsl həqiqəti əks etdirmədiyini düşünürük.Bu çox faydalı bir layihə olacaq”,- deyə professor Atakan Koç qeyd edib.

Qeyd edək ki, dünyanın bir çox ölkələrində dəvə dsüdü ilə birlikdə dəvənin qanıp və sidiyi də müalicəvi vasitə kimi satılır.

Dəvələrin qanında olan "nanobady” adlanan antitellərin müalicəvi xüsusiyyəti kəşf edilib. Dəvə antitellərinin virusları tutub öldürdüyünü öyrənən tədqiqatçılar QİÇS və xərçəng kimi xəstəliklərin müalicəsində antitellərin təsirli olacağını bildirirlər. Bu şəfalı süddə inək südündən 10 dəfə çox dəmir və 3 dəfə çox C vitamini var. Vitamin və minerallarla zəngin olan dəvə südü yeni zamanda bir çox xəstəlik üçün müalicəvi əhəmiyyətə malikdir. Aparılan tədqiqatlar nəticəsində bu südün diabet xəstələrinin həyat səviyyəsini qaldırdığını, autist xəstələrə müsbət təsir etdiyini, immun sistemini gücləndirdiyini və bu səbəbdən, üzə çıxan xəstəliklərin müalicəsində faydalı olduğu müəyyən edilib. Bütün bunlarla yanaşı, dəvə südü su və qida ehtiyacının çox olduğu səhra şəraitində yaşayan insanlar üçün, əlbəttə, çox əhəmiyyətlidir. Dəvə südü ilə, həmçinin güclü alergiyanı da müalicə etmək mümkündür.Güclü qida alergiyasında,dəvə südü,uşaqların immun sistemini bərpa etməyə malikdir.

Alimlərin,elmi tədqiqatlarına əsasən dəvə sidiyinin tərkibində orqanizm üçün faydalı olan bir çox maddələr, vardır: Protein, Azot, Almubin, Sidik cövhəri, Kreatin, Sidik turşusu, Kreatinin, Natriy, Kaliy, Kalsiy, Maqniy, Mis, Dəmir və Sink.

Həmçinin, ərəblərin xalq təbabətində dəvə sidiyi qarın boşluğu xəstəliklərin, astma və təngənəfəsliyin eləcə də,xərcəngin müalicəsi üçün yararlı bir dərman hesab olunur.
 
AMVPRESS.AZ

Xəbər lenti