Azərbaycan Çinlə ticarət dövriyyəsini - 2 DƏFƏDƏN ÇOX ARTIRIB

Azərbaycan Çinlə ticarət dövriyyəsini  - 2 DƏFƏDƏN ÇOX ARTIRIB
Azərbaycan Çinlə ticarət dövriyyəsini 2 dəfədən çox artırıb.

AMVPRESS.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, son bir ildə Azərbaycanın Çinlə ticarət dövriyyəsi  797 990.46 min dollar artıb.

Belə ki, ötən ilin yanvar – iyul aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 616 402.68 min dollar olduğu halda bu ilin həmin dövrü ilə müqayisədə bu göstərici  1 414 393.14 min dollar təşkil edib.

Ticarət dövriyyəsinin artması Azərbaycanın əsas ticarət dövriyyəsi olan ölkələr arasında Çini 7 –ci pillədən 4- cü pilləyə qaldırıb.

Məlumat üçün bildirək ki, Azərbaycanın ticarət dövriyyəsində ilk pillədə İtaliya qərarlaşıb. Bu ilin yanvar – iyul aylarına olan məlumata görə, Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsinin ümumi məbləği 3 913 482.37 min dollar təşkil edir.
 
AMVPRESS.AZ

Xəbər lenti