Azərbaycan neftinin qiyməti 40 dolları keçdi

Azərbaycan neftinin qiyməti 40 dolları keçdi
 
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,14 ABŞ dolları, yaxud 5,61% artıb.

AMVPRESS.AZ xəbər verir ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 40,28 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
 
AMVPRESS.AZ

Xəbər lenti