Azərbaycan Sahibkarlar Konfederasiyanın vergi borcu açıqlanıb

Azərbaycan Sahibkarlar Konfederasiyanın vergi borcu açıqlanıb
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dövlət büdcəsinə 4 205,04 manat borcu var. 

AMVPRESS.AZ bildirir ki, "Report”un ASK-dan əldə etdiyi məlumata görə, qurumun regional nümayəndəliklərindən ikisinin də vergi borcu mövcuddur.
Belə ki, ASK-nın Şəki rayon nümayəndəliyi büdcəyə 146,25 manat, Goranboy rayon nümayəndəliyi isə 154,5 manat ödəniş etməlidir. 

Xatırladaq ki, ASK-nın Azərbaycanın 40 regionunu əhatə edən nümayəndəlikləri var.
 
AMVPRESS.AZ

Xəbər lenti