Azərbaycan sahibkarları ölkə prezidentinə müraciət etdi - MƏTN

20 Noyabr 2020, 18:11
20 Noyabr
2020
18:11
2037
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Rəyasət Heyəti Prezident İlham Əliyevə müraciət edib.
AMVPRESS.AZ müraciəti təqdim edir:
"Möhtərəm cənab Prezident!
Müzəffər Ali Baş Komandan!
2020-ci ilin 10 noyabrı Azərbaycan tarixinə Böyük Qələbə günü kimi daxil oldu. Azərbaycan sahibkarları da bütün xalqımız kimi bu şanlı Qələbəni, əzəli, tarixi torpaqlarımızın işğaldan azad edilməsini və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini bayram edirlər.
44 günlük Vətən müharibəsi Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı və Ali Baş Komandan kimi Sizin, Azərbaycan Ordusunun, xalqımızın möhtəşəm zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Sizin qətiyyətiniz, siyasi iradəniz, uzaqgörənliyiniz, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmazlığı, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.
30 illik münaqişəni 44 günə sona çatdıran bu müharibə dünya hərb tarixinə misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır.
Tarixi Azərbaycan torpaqlarını işğaldan fədakarlıqla azad etmiş igid oğullarımızın və şəhidlərimizin qarşısında baş əyirik. Şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaqlar. Onların igidliyini heç zaman unutmayacağıq!
Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu müasir Azərbaycanın inkişaf strategiyasının Zati-Aliləriniz tərəfindən müdriklik və böyük uzaqgörənliklə davam etdirilməsi nəticəsində son illərdə Dövlət-Xalq-Ordu həmrəyliyi və milli birlik daha da güclənmişdir. Məhz bu birlik və bərabərlik Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafının təməlini təşkil edir.
Məhz Sizin yorulmaz diplomatik səyləriniz nəticəsində beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli mübarizəsini müdafiə etmiş, Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi istiqamətində aparılan haqlı müharibə bir sıra ölkələr və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənmişdir.
Ötən 30 il ərzində münaqişənin sülh yolu ilə nizama salınması üzrə danışıqlar prosesində Azərbaycan xalqının iradəsi bizim sülh tərəfdarı olduğumuzun əyani sübutudur. Zəbt edilmiş bütün Azərbaycan ərazilərindən işğalçıların dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistan 27 il məhəl qoymamışdır.
Bütün dünyada məlumdur ki, rəşadətli ordumuz qarşısında məğlub olan Ermənistan öz mənfur xislətinə sadiq qalaraq cəbhə bölgəsindən uzaqda yaşayan dinc sakinləri qadağan olunmuş silahlardan atəşə tutdu. Nəticədə 94 mülki vətəndaşımız (o cümlədən uşaqlar və qadınlar) həlak olmuş, 400-dən çox insan yaralanmış, 2000-ə yaxın yaşayış evi, 100-ə yaxın çoxmənzilli yaşayış binası dağıdılmış, 300-dən çox mülki obyektə ciddi zərər dəymişdir. Bütün bunlar humanitar prinsiplərin, o cümlədən Cenevrə konvensiyalarının pozulmasının bariz nümunəsidir.
08 noyabr 2020-ci il tarixində Azərbaycanın qədim şəhəri olan Şuşanın işğaldan azad edilməsi xəbərinin Sizin tərəfinizdən elan edilməsi bütün xalqımız kimi biz sahibkarları da sevindirdi. Bu xəbəri bütün Azərbaycan xalqı düz 28 il yarım gözləmişdi. Bu illər ərzində hər bir azərbaycanlının ən çox eşitmək istədiyi, "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Qarabağ bizimdir! QARABAĞ AZƏRBAYCANDIR!”, sözləri Sizin tərəfinizdən səsləndirildi.
Şuşanın azad olunması Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu, xalqın bütövlük, dəyanət, rəşadət və ləyaqət tarixidir. Şuşa xalqımızın tarixini, mədəniyyətini, ləyaqətini və ruhunu ifadə edir.
Şuşa Dövlət Bayrağı Günü ərəfəsində azad edildi. Müqəddəs bayrağımız öz tarixinin yəqin ki, ən şərəfli gününü yaşayır. İndi o Şuşada dalğalanır və əbədi dalğalanacaq!
Şuşanın azad edilməsi rəşadətli Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir! Şuşanın azadlığa qovuşması Zati-Alilərinizin tarixi qələbəsidir!
Azərbaycan sahibkarları qələbə sevincini yaşadıqları bu günlərdə sizə dərin zəkanız, uzaqgörənliyiniz, müdrikliyiniz, siyasi və diplomatik məharətiniz, polad iradənizə görə "Çox sağ olun cənab Ali Baş Komandan!”, - deyirlər. Siz bütün Azərbaycan xalqına göz aydınlığı verdiniz, Sizin də gözünüz aydın olsun! Siz şərəfli bir tarix yaratdınız! Bu tarixin ən gözəl səhifəsində qızıl hərflərlə məhz Sizin adınız yazılıb!
Azərbaycan sahibkarları bildirirlər ki, Azərbaycana xidmətlərinə və nəcib əməllərinə görə vətəndaşlarımızın böyük sevgi və ehtiramını qazanmış Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqın elçisi kimi ölkədə iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsi, sahibkarların qanuni mənafelərinin qorunması və işgüzar fəaliyyətinin gücləndirilməsi istiqamətində gördüyü işlər əvəzsizdir.
Mehriban xanım Əliyevanın vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin vüsətli inkişafına yeni və davamlı töhfələr verəcəyinə inamımız böyükdür. Bu inamı yaradan başlıca amil, onun hər zaman dövlətçiliyə, xalqa xidmət etmək istəyi və arzusunda olmasıdır.
Müzəffər Ali Baş Komandan
!İşğaldan azad olunmuş regionların faydalı qazıntılarla zəngin olmasını, kənd təsərrüfatının və turizmin inkişafı üçün yüksək potensialın mövcudluğunu, habelə iqtisadiyyatın digər sahələrinin inkişafı üçün münbit şəraitin mövcudluğunu nəzərə alaraq, Sizin tapşırığınızla həmin regionlarda infrastrukturun qurulması, tikinti, abadlıq işlərinin aparılması, kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi istiqamətində hazırlıq işləri görülür, yeni layihələr hazırlanır. Azərbaycan Sahibkarları kimi bu layihələrin həyata keçirilməsi üçün biz də bütün imkanlarımızı səfərbər edərək, yaxından iştirak etmək əzmindəyik.
Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq, çoxminlik sahibkarlar adından bildiririk ki, ölkədə davam edən hərbi vəziyyət dövründə və koronavirus pandemiyasına qarşı çətin mübarizə günlərində, erməni təxribatına qarşı həmrəylik nümayiş etdirərək Sizin verdiyiniz bütün qərarları dəstəkləyir, Sizin rəhbərliyiniz altında yeni-yeni iqtisadi uğurlara nail olacağımıza inanır və bəyan edirik ki, dövlətimizin daha da güclənməsi, rəqabətə davamlı istehsalın genişləndirilməsi üçün bütün gücümüzü səfərbər edərək, əlverişli biznes mühitindən yararlanmaqla əhalinin rifah halının yaxşılaşdırılması üçün var gücümüzlə çalışacağıq.
Rəyasət Heyəti adından Məmməd Musayev".
AMVPRESS.AZ

Xəbər lenti
-
18:32İsmayıllıda gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri davam etdirilir
-
12:06Hikmət Hacıyev Azərbaycanın müharibəni dayandırmaq səbəbini açıqladı – VİDEO
-
12:04Azərbaycana dəymiş ziyanın hesablanmasına başlanılıb
-
11:19Naxçıvanda sahibkarlara verilən kreditlər 25% artıb
-
11:09"Loqos" Psixoloji və Nitq inkişafı mərkəzi mükafatlandırıb
-
10:55“WhatsApp” 30 milyon abunəçisini itirdi
-
10:53Samir Şərifov: “Zəfər yürüşünün maliyyələşdirilməsi tam icra olunub”
-
10:4320 dollarlıq əsginasın üzərində afroamerikalı fəalın şəkli ola bilər – FOTO/VİDEO
-
10:39Pandemiya dövründə dünyanın ən təhlükəsiz hava yolları şirkəti açıqlandı
-
16:24Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
-
16:23Türkiyənin təhsil nazirindən Emin Əmrullayevin paylaşımına REAKSİYA
-
16:18İlham Əliyevdən müharibə əlilləri və şəhid ailələrinin evlə təmin olunması ilə bağlı SƏRƏNCAM
-
16:16İlham Əliyev İranın xarici işlər nazirini qəbul etdi - YENİLƏNİB + VİDEO
-
16:09Nazir Qarabağın dirçəlişinin qeyri-neft sektoruna təsirindən yazdı - FOTO
-
15:52Dövlət Neft Fondu AÇG və Şahdəniz üzrə gəlirlərini açıqladı
-
16:04Tələbə dərs oxusun, yoxsa işləsin - Dilemma qarşısında
-
11:08Dünya və Avropa mükafatçıları millimizə məşqçi təyin edildilər
-
11:06KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb - FOTO
-
11:05Deputatlar şəhid ailələri ilə bağlı məsələni müzakirə edəcək
-
11:03Ləğv olunan bankların əmanətçilərinə nə qədər vəsait ödənilib? - RƏSMİ
-
14:56Deputat şəhid ailələri ilə görüşüb - FOTOLAR
-
13:28Fevralın 1-dən valideyn övladını məktəbə göndərməyə bilər? - NAZİR AÇIQLADI
-
13:21Təhsil kreditləri üçün dövlət büdcəsindən ayrılacaq pulun miqdarı AÇIQLANDI
-
13:16Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi - FOTO
-
13:15Ənənəvi təhsilə keçidlə bağlı Emin Əmrullayevdən AÇIQLAMA
-
13:13Emin Əmrullayevdən xəbərdarlıq: “Qısa müddətdə qapanmalara qayıda bilərik”
-
13:11Mikayıl Cabbarov Qarabağ Dirçəliş Fondu ilə bağlı paylaşım etdi - FOTO13:07Ali təhsil müəssisələrində təhsilin bərpası ilə bağlı VACİB AÇIQLAMA13:05İnzibati cərimələri ödəməyənlərin NƏZƏRİNƏ12:59Təhsillə bağlı son qərarlar açıqlanır - CANLI YAYIM12:53SMS-icazənin ləğvi ilə sərnişin sayı xeyli artıb12:51Şuşada yeni yarımstansiya tikilir - VİDEO21 Yanvar 202113:20Parlamentin “həkim korpusu” bir çox dinləmələr keçirəcək13:19DİN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ13:18Şəhid ailələri və qazilərimizin kredit borcları silinib13:16Azərbaycan nefti bahalaşmaqda davam edir13:15Əliyevlə Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirildi13:14Nazirlikdə sahibkarlarla görüş keçirilir - FOTO13:13Qarabağa marşrut xətləri açılır: İlk istiqamətlər müəyyən olundu - AÇIQLAMA20 Yanvar 202112:23İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət etdilər - FOTO
26 Yanvar 2021
25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021
22 Yanvar 2021
Digər xəbərlər
-
İctimai, Manşet
Hikmət Hacıyev Azərbaycanın müharibəni dayandırmaq səbəbini açıqladı – VİDEO
-
İctimai, Manşet
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
-
İctimai, Manşet
İlham Əliyevdən müharibə əlilləri və şəhid ailələrinin evlə təmin olunması ilə bağlı SƏRƏNCAM
-
İctimai, Manşet
İlham Əliyev İranın xarici işlər nazirini qəbul etdi - YENİLƏNİB + VİDEO
-
İctimai, Manşet
Deputatlar şəhid ailələri ilə bağlı məsələni müzakirə edəcək
-
İctimai, Manşet
Parlamentin “həkim korpusu” bir çox dinləmələr keçirəcək
-
İctimai, Manşet
Əliyevlə Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirildi
-
İctimai, Manşet
İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət etdilər - FOTO
-
İctimai, Manşet
Türkiyənin Milliyətçi Hərəkat Partiyasından 20 Yanvar faciəsi ilə bağlı paylaşım - FOTO