Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız səyahət - EDƏ BİLƏRLƏR

Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız səyahət - EDƏ BİLƏRLƏR

İsveçrənin "HenleyPartners" şirkəti dünya ölkələrinin pasportlarının yeni reytinqini açıqlayıb.

AMVPRESS.AZ xəbər verir ki,  siyahıya Yaponiya liderlik edir. Belə ki, Yaponiya pasportu daşıyan insanlar dünyanın 191 ölkəsinə vizasız səyahət etmək imkanına malikdirlər. Reytinqdə ikinci yeri Sinqapur (190 ölkə), üçüncü Almaniya və Cənubi Koreya Respublikası (189 ölkə) tutublar. İlk onluqda Finlandiya (188 ölkə), İtaliya (188 ölkə), Danimarka (187 ölkə), İspaniya (187 ölkə), Lüksemburq (187 ölkə), İsveç (186 ölkə), Fransa (186 ölkə), İsveçrə (185 ölkə), Portuqaliya (185 ölkə), Niderland (185 ölkə), İrlandiya (185 ölkə), Avstriya (185 ölkə), ABŞ (184 ölkə), Böyük Britaniya (184 ölkə), Norveç (184 ölkə), Yunanıstan (184 ölkə), Belçika (184 ölkə), Yeni Zelandiya (183 ölkə), Malta (183 ölkə), Çexiya (183 ölkə), Kanada (183 ölkə), Avstraliya (183 ölkə), Slovakiya (181 ölkə), Litva (181 ölkə) və Macarıstan (181 ölkə) qərarlaşıblar.

Azərbaycan isə siyahıda Filippinlə birlikdə 76 yeri tutub. Azərbaycan pasportunu daşıyan vətəndaşlar dünyanın 67 ölkəsinə vizasız səyahət edə bilərlər.

AMVPRESS.AZ

Xəbər lenti