Azərbaycanda sahibkarlara dəstək üçün - TRANSFERT MƏRKƏZLƏRİ YARADILACAQ

Azərbaycanda sahibkarlara dəstək üçün - TRANSFERT MƏRKƏZLƏRİ YARADILACAQ
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında dəstək verəcək.

AMVPRESS.AZ xəbər verir ki, bunu "Made in Azerbaijan”: İnnovasiyalar və texnologiyalar forumunda çıxış edərkən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.

Onun sözlərinə görə, bu məqsədlə texnoloji transfert mərkəzləri yaradılacaq və sahibkarlara müvafiq xidmətlər təqdim olunacaq.

"İkinci istiqamət müvafiq dəstək mexanizmlərin tərtib edilməsidir. Burada innovativ layihələrə, o cümlədən startaplara qrant və güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Bildiyiniz kimi, Nazirlik bir neçə ildir ki, bu istiqamətdə fəaliyyət göstərir. Bu müddət ərzində startaplara 117 qrant, 16 sahibkarlıq subyektlərinə isə güzəştli kreditlər verilib. Dəstəyimiz bundan sonrada davam etdiriləcək", - deyə nazir bildirib.
 
AMVPRESS.AZ

Xəbər lenti