Azərbaycanda tələbələr - NƏ QƏDƏR TƏQAÜD ALIR?

Azərbaycanda tələbələr - NƏ QƏDƏR TƏQAÜD ALIR?

2019-cu ildə Azərbaycanın ali təhsil müəssisələrinə 44,3 min nəfər tələbə qəbul olunub və qəbul geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilib.

AMVPRESS.AZ "trend"ə istinadən xəbər verir ki, bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsil alanların xüsusi çəkisi 55,1 faiz olub ki, onların da 77,3 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür.

Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 44,6 faizi təqaüd alır. Ali təhsil müəssisələrində magistr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə 145 manat, 71-100 bal olan tələbələrə 120 manat, 51-100 bal olan tələbələrə 80 manat, bakalavr səviyyəsi üzrə isə müvafiq olaraq 130, 110 və 75 manat təqaüd müəyyən edilir.

AMVPRESS.AZ


Xəbər lenti