Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 11% azalıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 11% azalıb
Bu ilin birinci rübündə Gürcüstan Azərbaycandan 262 190 nəfər ziyarətçi qəbul edib.

AMVPRESS.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan Gürcüstana səfər məqsədilə yollananların sayında 30 712 nəfər və yaxud 10,5% azalma qeydə alınıb. Bu göstərici ilə Azərbaycan yanvar-martda qonşu ölkəyə gedən əcnəbilərin sayına görə birinci yeri tutub.
Azərbaycandan sonra ilk üçlükdə Ermənistan (181 720 nəfər) və Türkiyə (180 058 nəfər) qərarlaşıb. Ermənistandan Gürcüstana edilən səfərlər 21,8%, Türkiyədən edilən səfərlər isə 10,5% azalıb.
Hesabat dövründə Gürcüstana, ümumilikdə, 1 333 089 nəfər beynəlxalq ziyarətçi səfər edib. İllik müqayisədə bu göstərici 17,6% azalıb.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən martın 18-dən etibarən Gürcüstan xarici vətəndaşların ölkə ərazisində daxil olmasına müvəqqəti qadağa qoyub. 
 
AMVPRESS.AZ

Xəbər lenti