Azərbaycandan Gürcüstana səfərlərin sayı 12,8% artıb

Azərbaycandan Gürcüstana səfərlərin sayı 12,8% artıb
Ötən ay Azərbaycandan Gürcüstana 94 219 nəfər səfər edib.

AMVPRESS.AZ Reporta istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

İllik müqayisədə Azərbaycandan Gürcüstana yollanan ziyarətçilərin sayı 10 708 və yaxud 12,8% artıb. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin qəbul etdiyi əcnəbi ziyarətçilərin sayına görə birinci yeri tutub.

Fevral ayında Gürcüstana səfər edən beynəlxalq ziyarətçilərin ümumi sayı 466 409 nəfər təşkil edib ki, bu da illik müqayisədə 0,7% azdır.

Ötən ay qonşu ölkəyə edilən turist səfərlərinin sayı isə 257 547 təşkil edib. İllik müqayisədə bu göstəricidə 4% artım qeydə alınıb. 
 
AMVPRESS.AZ

Xəbər lenti