Azərbaycanın bank sektorunun xalis mənfəəti artır

Azərbaycanın bank sektorunun xalis mənfəəti artır

Ötən ilin ilk 5 ayında 5.5 milyon manat zərərdə olmuş Azərbaycanın bank sektoru 2019-cu ilin eyni dövrünü 325.8 milyon manat xalis mənfəət ilə başa vurub.

AMVPRESS.AZ Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, cari ilin yanvar-may dövründə sektorun cəmi gəlirləri 1 milyard 109,8 milyon manat, o cümlədən faiz gəlirləri 803,4 milyon manat, qeyri-faiz gəlirləri 306,4 milyon manat təşkil edib.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə sektorun faiz gəlirləri 700.9 milyon manat, qeyri-faiz gəlirləri isə 206.7 milyon manat təşkil etmişdi.Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14.6%, kreditlər üzrə faiz gəlirləri isə 18.4% artıb.
 

AMVPRESS.AZ

Xəbər lenti