Azərbaycanın e-ticarət portalına daxil olan sifarişlər barədə məlumat verilib

2020-ci il üzrə "www.azexport.az” internet portalına dünyanın 142 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 610,7 milyon ABŞ dolları təşkil edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) məlumat verib.
Bildirilib ki, ölkə ərazisində sahibkarlıq subyektləri əməkdaşlarının, fermerlərin və gənclərin iştirakı ilə pandemiya dövründə müasir rəqəmsal həll yolları vasitəsi ilə özünüməşğulluğun təmin olunmasına dair videokonfranslar təşkil olunub. Portal tərəfindən "Worldef Business School” və "Worldef "şirkətinin Azərbaycan üzrə ölkə təmsilçisi, "My Broker” gömrük təmsilçiliyi ilə birgə "Distant Amazon və Elektron Ticarət” layihəsi həyata keçirilib. Eyni zamanda, il ərzində portal Beynəlxalq Ticarət Mərkəzi (International Trade Center - ITC) ilə birlikdə "Ticarətə Hazır” layihəsi çərçivəsində onlayn təlimlər təşkil edib.
2020-ci il ərzində "Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə fiziki və hüquqi şəxslər tərəfindən 1 069 dəfə müraciət olunub və nəticədə 1 298 ədəd sertifikat verilib.
"Bir Pəncərə” İxraca Dəstək Mərkəzindən 2017-ci ilin iyun ayından 2020-ci ilin dekabr ayına kimi isə ümumiyyətlə 473,3 milyon ABŞ dolları məbləğində müxtəlif adda tikinti-sənaye, kənd təsərrüfatı məhsulları və s. məhsullar ixrac olunub ki, bunun da 182,8 milyonu ötən ilin payına düşür.
2020-ci il ərzində Rəqəmsal Ticarət Qovşağında validasiya mərkəzinin yaradılması üçün bütün texniki işlər tamamlanıb. Qarşılıqlı şəkildə imzaların tanınması və elektron sənədlərin dövriyyəsi təmin edilib. Vahid İxrac Ərizəsi yenidən qurulub. Yeni interfeys və iş prinsipi əsasında Sərbəst Satış Sertifikatının verilməsi sistem üzərindən təqdim edilib. Qeyri-rezidentlərə göstərilən maliyyə xidmətlərinin genişləndirilməsi üçün tədbirlər həyata keçirilib.
İİTKM-in "Enterpriseazerbaijan.com” portalına 2020-ci il ərzində yeni layihə və ideyalar əlavə olunub. Mərkəzin Britaniya Şurası (British Council) ilə əməkdaşlığı çərçivəsində İngiltərənin Newcastle Universiteti ilə "Creative Spark” (Yaradıcı qığılcım) layihəsi davam etdirilib, Azərbaycanda startap hərəkatına dəstək verilib.
AMVPRESS.AZ
Xəbər lenti
-
11:08Dünya və Avropa mükafatçıları millimizə məşqçi təyin edildilər
-
11:06KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb - FOTO
-
11:05Deputatlar şəhid ailələri ilə bağlı məsələni müzakirə edəcək
-
11:03Ləğv olunan bankların əmanətçilərinə nə qədər vəsait ödənilib? - RƏSMİ
-
14:56Deputat şəhid ailələri ilə görüşüb - FOTOLAR
-
13:28Fevralın 1-dən valideyn övladını məktəbə göndərməyə bilər? - NAZİR AÇIQLADI
-
13:21Təhsil kreditləri üçün dövlət büdcəsindən ayrılacaq pulun miqdarı AÇIQLANDI
-
13:16Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi - FOTO
-
13:15Ənənəvi təhsilə keçidlə bağlı Emin Əmrullayevdən AÇIQLAMA
-
13:13Emin Əmrullayevdən xəbərdarlıq: “Qısa müddətdə qapanmalara qayıda bilərik”
-
13:11Mikayıl Cabbarov Qarabağ Dirçəliş Fondu ilə bağlı paylaşım etdi - FOTO13:07Ali təhsil müəssisələrində təhsilin bərpası ilə bağlı VACİB AÇIQLAMA13:05İnzibati cərimələri ödəməyənlərin NƏZƏRİNƏ12:59Təhsillə bağlı son qərarlar açıqlanır - CANLI YAYIM12:53SMS-icazənin ləğvi ilə sərnişin sayı xeyli artıb12:51Şuşada yeni yarımstansiya tikilir - VİDEO21 Yanvar 202113:20Parlamentin “həkim korpusu” bir çox dinləmələr keçirəcək13:19DİN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ13:18Şəhid ailələri və qazilərimizin kredit borcları silinib13:16Azərbaycan nefti bahalaşmaqda davam edir13:15Əliyevlə Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirildi13:14Nazirlikdə sahibkarlarla görüş keçirilir - FOTO13:13Qarabağa marşrut xətləri açılır: İlk istiqamətlər müəyyən olundu - AÇIQLAMA20 Yanvar 202112:23İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət etdilər - FOTO12:22Türkiyənin Milliyətçi Hərəkat Partiyasından 20 Yanvar faciəsi ilə bağlı paylaşım - FOTO12:21Türkiyənin Azərbaycandakı səfirliyindən 20 Yanvarla bağlı paylaşım - FOTO12:1820 Yanvar üçün yaradılan zəmin, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi12:16Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO19 Yanvar 202119:18İsmayıllıda vaksinasiyaya start verildi19:14Türkiyə vətəndaşlarının Azərbaycana hansı sənədlərlə səfər edəcəyi müəyyənləşdi19:1220 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar sosial müdafiə tədbirləri ilə əhatə olunublar19:11Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama12:00Dövlət Komitəsindən xəbərdarlıq: İyulun 1-dən qadağan ediləcək11:59Ötən il icbari tibbi sığorta çərçivəsində nə qədər tibbi xidmət göstərilib?11:57SOCAR Rumıniyadakı fəaliyyətini genişləndirməkdə davam edir11:55İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verdi11:54TƏBİB-dən Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına MÜNASİBƏT11:53Daha iki şəhid ailəsi təqaüd kartları ilə təmin edilib - FOTO18 Yanvar 202121:32İsmayıllıda ilkin vaksinləşmə prosesi başlanılır20:38Nikitin adına kolxozun inkişaf etdirilməsi prioritetimizdir