AZƏRBAYCANIN FENOMENLƏRİ SEÇİLƏCƏK

AZƏRBAYCANIN FENOMENLƏRİ SEÇİLƏCƏK
Azərbaycanda "PHENOMENON AWARDS” layihəsi ilə uğurlu, faydalı, seçilən və tarix yazan şəxslər mükafatlandırılacaqlar. 

AMVPRESS.AZ xəbər verir ki, "PHENOMENON AWARDS” layihəsinin məqsədi Azərbaycanda öz sahəsində uğurlu, faydalı, seçilən və tarix yazan şəxslərin mükafatlandırılaraq geniş ictimaiyyətə FENOMEN olaraq təqdim etməkdir. Mükafatçılar təşkilat komitəsi tərəfindən, həmçinin, müxtəlif müşahidələr, sosial sorğular və ictimai rəylər əsasında seçiləcəklər. Hər bir mükafatçı fərd olaraq mükafatlandırılacaq və ictimaiyyətə fərd olaraq təqdim olunacaqlar.

Mükafatın rəsmi simvolu dünyanı əlləri ilə saxlamış şəxsdir. Öz işi və bacarığı ilə öz dünyasını yaradan insan mənasını ifadə edir. 

Diplom və mükafatın pasportu xüsusi dizaynda hazırlanaraq, rəsmi möhürlənərək təqdim olunacaq.

"PHENOMENON AWARDS” layihəsi haqqında ətraflı məlumat almaq istəyənlər @phenomenon_awards instagram səhifəsi ilə əlaqə saxlasınlar.

İctimaiyyətə təqdim olunan FENOMENLƏR üçün öz fəaliyyətlərini digər yerli və beynəlxalq layihələrə cəlb edilməsində konsultasiyalar reallaşdırılacaq.

AMVPRESS.AZ

Xəbər lenti