Azərbaycanla bu Latın Amerikası ölkəsinin ticarət dövriyyəsi 26 mln dolları ötüb

Azərbaycanla bu Latın Amerikası ölkəsinin ticarət dövriyyəsi 26 mln dolları ötüb
Meksika-Azərbaycan münasibətlərini möhkəmləndirmək və hər iki xalqı yaxınlaşdırmaq üçün səylər, həmçinin səfirlik tərəfindən görülən işlərdən danışmaq üçün mayın 21-də Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini mətbuat konfransı keçirib.

AMVPRESS.AZ xəbər verir ki, sözügedən tədbir ərzində, diplomat ticarət, turizm və mədəniyyət daxil olmaqla, çoxsaylı sahələr üzrə ikitərəfli əlaqələrdə dinamikanı vurğulayıb.

Diplomat vurğulayıb ki, Meksikadan Azərbaycana üç, Azərbaycandan Meksikaya isə bir ticari missiya səfər edib. İstehsalçı, idxalçı və distribütorlar arasında əlaqələrin qurulmasına və inkişaf olunmasına nail olan bu missiyalar adıçəkilən sektorda hər iki ölkənin əməkdaşlığına təkan verdilər.

İki ölkə arasında ikitərəfli münasibətlərin inkişafına təsir edən digər sektor turizm olub. Artan qarşılıqlı tanıtım nəticəsində, həm Meksikada azərbaycanlı turistlərin, həm də Azərbaycanda meksikalı turistlərin sayı artdı. Növbəti qrafiklərdə müvafiq göstəricilər təqdim olunur.  
 
Eyni şəkildə artmış ikitərəfli ticarət 2018-ci ildə rekord rəqəmlərə çatıb – 26 milyon dollar. Meksika məhsullarının Azərbaycan bazarında iştirakı artıb. Azərbaycanın idxal etdiyi əsas Meksika məhsulları bunlardır: neft sənayesində istifadə olunan borular və alətlər, nəqliyyat vasitələr, pivə və s.

AMVPRESS.AZ

Xəbər lenti