"Azərişıq" elektron sayğac və abonent kartları üçün 2 milyon manat xərcləyəcək

"Azərişıq" ASC sayğac və abonent kartlarının alınması üçün tenderinin qalibini açıqlayıb.

AMVPRESS.AZ xəbər verir ki, tenderin qalibi "Meqaplus” Firması olub.

"Azərişıq" 30 min ədəd 1 Fazalı elektron sayğacın və  6 min ədəd Smart abonent kartlarının satın alınması üçün "Meqaplus” Firması ilə 1 milyon 999 min 463 manat məbləğində müqavilə bağayıb.
 
AMVPRESS.AZ

Xəbər lenti