"Bakı Modern Məktəbi" ləğv olunur

"Bakı Modern Məktəbi" ləğv olunduğunu elan edir.

AMVPRESS.AZ "Vergilər" qəzetinə istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev 28 ünvanına bildirə bilərlər. Elan 20 Fevral 2019-cu il tarixində dərc edilib.

Qeyd edək ki, 2017-ci ilin Oktyabr ayında da "Vergilər" qəzetinin xüsusi buraxılışında "Bakı Modern Məktəbi" MMC-nin ləğv edilməsi ilə bağlı məlumat dərc olunmuşdu. Məlumatda bildirilirdi ki, kreditorlar öz tələblərini iki ay ərzində Bakı şəhəri, N. Nərimanov, Əliyar Əliyev 218 ünvanına bildirə bilərlər.

Həmin vaxt özəl təhsil müəssisəsinin qəbul şöbəsi üzrə baş koordinatoru Ülviyyə Abbasova mətbuata açıqlamasında məktəbin sadəcə adının dəyişdirildiyini və başqa adla fəaliyyətini davam etdirdiyini bildirmişdi.

"Məktəbin ləğv edilməsi ilə bağlı yazılanlar doğru deyil. Əvvəllər məktəbin adı "Bakı Modern Məktəbi" olub. Artıq ad dəyişdirilib, yəni "Bakı Modern Məktəbi" adı ilə deyil, "Bakı Müasir Təhsil Kompleksi" adı ilə fəaliyyət göstəririk. Burada məktəbin ləğv edilməsindən söhbət gedə bilməz. Şagirdlərimiz yerindədir və heç bir narahatçılıq yoxdur. Dediyim kimi sadəcə ad dəyişdirilib".


AMVPRESS.AZ



Xəbər lenti