Bakı və qəsəbələrində təhsil müəssisələri tikiləcək - Prezidentdən Sərəncam

Bakı və qəsəbələrində təhsil müəssisələri tikiləcək - Prezidentdən Sərəncam

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  "Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

 

AMVPRESS.AZ xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin (siyahı əlavə olunur) tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədi ilə dövlət büdcəsindən Bakı Şəhər İcra Hakimiyyətinə 40 milyon manatı ayrılıb.

 

 Bakı şəhəri və onun qəsəbələrində əsaslı təmiri və tikintisi nəzərdə tutulmuş təhsil müəssisələrinin siyahısı:

 

Sıra №-si

Tədbirin adı

Ayrılan vəsait

Binəqədi rayonu

1

Binəqədi qəsəbəsində 179 saylı orta məktəb üçün 1416 şagird yerlik  yeni binanın inşası

4 377 000

2

Biləcəri qəsəbəsində 300 saylı orta məktəbin əsaslı təmiri və köhnə korpusunun sökülməsi

1 768 000

Qaradağ rayonu

3

Qobustan qəsəbəsində 223 nömrəli tam orta məktəbin əsaslı təmiri

3 858 000

Nərimanov rayonu

4

Humanitar fənlər gimnaziyasının əsaslı təmiri və bərpa-gücləndirilməsi

5 170 000

Sabunçu rayonu

5

Ramana qəsəbəsində 78 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi

3 084 000

6

Maştağa qəsəbəsində 187 saylı tam orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi

5 799 000

7

Zabrat qəsəbəsində 192 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi

3 600 000

8

Ramana qəsəbəsində 198 saylı orta məktəbin əsaslı təmiri və  bərpa-gücləndirilməsi

2 480 000

9

Nardaran qəsəbəsində 295 saylı tam orta məktəbin əsaslı təmiri

4 660 000

Suraxanı rayonu

10

Qaraçuxur qəsəbəsində Xarici Dillər Təmayüllü Gimnaziyanın əsaslı təmiri və bərpa-gücləndirilməsi

5 204 000

                                                                             Cəmi

40 000 000

Xəbər lenti