Bakıda audit üzrə konfrans keçirilir

Bakıda audit üzrə konfrans keçirilir

İyunun 27-də Bakıda Auditorlar Palatasının və "Deloitte and Touche" MMC-nin təşkilatçılığı ilə "Korporativ idarəetmədə hesabatlılıq və şəffaflıq problemləri" mövzusunda konfrans keçirilir.

AMVPRESS.AZ xəbər verir ki, Auditorlar Palatasının sədri Vahid Novruzov bu kimi tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, şəffaflığın artırılması bizim qarşımızda ən mühüm vəzifə kimi qoyulub. Auditor komitələrinin özləri də müxtəlif qurumlar tərəfindən nəzarət olunur. Bugünkü konfransın keçirilməsində məqsəd iqtisadi islahatların indiki mərhələsində hesabatlılığın təkmilləşdirilməsi və şəffaflığın artırılması istiqamətində qabaqcıl korporativ idarəetmə metodlarının tətbiqi və yeni dövrün çağırışları nəzərə alınmaqla audit sistemini yenidən qurmaq məqsədilə audit komitələrinin təsirliliyini artırmaq, daxili audit qurumlarının fəaliyyətini gücləndirmək üzrə müvafiq müzakirələr aparmaq və mövcud problemlərin həllinə yönəlmiş tövsiyələrin hazırlanmasından ibarətdir.

Konfransda "Korporativ idarəetmə prinsiplərinin tətbiqi səviyyəsinin qiymətləndirilməsi", "Daxili auditin korporativ idarəetmədə rolu", "Təsərrüfat subyektlərində audit komitələrinin yaradılmasının normativ-hüquqi əsasları" mövzularında məruzələr dinlənilir.

İbrahim S.

AMVPRESS.AZ


Xəbər lenti