Bakıda Kapo Verde möcüzəsi

Bakıda Kapo Verde möcüzəsi
1 Noyabr Bakıda müğənni Miroka Pariş (Miroca Paris) və eyni adlı qrupun konserti keçirilib. Konsert The Landmark Hotel-in möhtəşəm  Rotunda Hall zalında  keçirilmişdir. "Afrikalı Stinq" adlandırılan Miroka Pariş Bakıya ilk dəfə gəldiyini və azərbaycanlıların qonaqpərvərliyini, Bakının çox gözəl olduğunu onda xoş təəssürat yaratdığını söyləyib. Konsertə gələn qonaqların qəlbləri Kapo Verde ritmləri tərəfindən fəth olundu.

"Miroca Paris" 11 il "Barefoot Diva" ləqəbli məşhur Sezaria Evoranın zərb musiqiçisi kimi dünyaca məşhurlaşıb. Evoranın vəfatında sonra Paris musiqi karyerasını genişləndirərək dünya miqyaslı sənətçilərlə eyni səhnədə ifa etməyə başlayır.

Qeyd edək ki, konsert Bakıda Noyabr ayının 1-10-dək davam edən "FANTAZİA" festivalının çərçivəsində təşkil olunub. Hamınızı bu möhtəşəm festivalda iştirak etməyə dəvət edirik.


AMVPRESS.AZ


Xəbər lenti