"Balaxanı maşınqayırma zavodu"nun - ADI DƏYİŞİR

Xəbər verdiyimiz kimi, səhmləri dövlətə məxsus olan "Azneftkimyamaş" ASC ləğv edilir. 

 Belə ki, "Azneftkimyamaş" ASC Əmlak Məsələləri Dövlət Komitəsinin 27.11.2019-cu ul tarixli 233 nömrəli sərəncamı ilə "Azneftkimyamaş" açıq səhmdar cəmiyyəti "Balaxanı Maşınqayırma Zavodu" açıq səhmdar cəmiyyətinə qoşulması ilə əlaqədar "Azneftkimyamaş" açıq səhmdar cəmiyyəti ləğv edilir.

AMVPRESS.AZ xəbər verir ki, bu gün "Azneftkimyamaş" ASC-nin dərc edildiyi məlumatda bildirilir ki, "Balaxanı maşınqayırma zavodu"  ASC  "Azneftkimyamaş-Balaxanı maşınqayırma zavodu" ASC adlandırılacaqdır.

"Əmlak Məsələləri Dövlət Komitəsinin 27.11.2019-cu ul tarixli 233 nömrəli sərəncamı ilə "Azneftkimyamaş" açıq səhmdar cəmiyyəti "Balaxanı Maşınqayırma Zavodu" açıq səhmdar cəmiyyətinə qoşulması ilə əlaqədar "Azneftkimyamaş" açıq səhmdar cəmiyyəti ləğv edilir. "Balaxanı maşınqayırma zavodu" açıq səhmdar cəmiyyəti yenidən təşkil edilir. Yenidən təşkil edilmiş "Balaxanı maşınqayırma zavodu" açıq səhmdar cəmiyyəti "Azneftkimyamaş - Balaxanı maşınqayırma zavodu" açıq səhmdar cəmiyyəti adlandırılır".

Xatırladaq ki, 2001-ci ildə "Azneftkimyamaş" Dövlət Şirkəti ləğv edilmiş, Səttarxan adına maşınqayırma zavodu, Keşlə maşınqayırma zavodu,  B.Sərdarov adına maşınqayırma zavodu, Zabrat maşınqayırma zavodu, "Bakı fəhləsi" maşınqayırma zavodu, Bakı maşınqayırma zavodu, Suraxanı maşınqayırma zavodu, Bakı neftqazmədən avadanlığı zavodu, Bakı neftmədən maşınqayırma zavodu,  Səbail maşınqayırma zavodu, Balaxanı maşınqayırma zavodu, 28 May adına maşınqayırma zavodu, "Azneftmaş" təcrübə-sınaq zavodu, Sabunçu elmi-texniki təcrübə müəssisəsi,  Azərbaycan Elmi Tədqiqat və Layihə Konstruktor Neft Maşınqayırma İnstitutu (AZNMAŞİ), Azərbaycan Maşınqayırma Texnologiyası İnstitutu,  Neftqazçıxarma Maşın və Avadanlıqların Layihələndirilməsi üzrə Xüsusi Büro (XKB «Neftmaş»), Azərbaycan Dövlət Maşınqayırma və Metal Emalı Müəssisələrinin Kompleks Layihələndirmə İnstitutunun bazasında səhmləri dövlətə məxsus olan "Azneftkimyamaş" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdı.

AMVPRESS.AZ 

Xəbər lenti