Bankomatdan pul çəkərkən - BUNLARA DİQQƏT EDİN

Bankomatdan pul çəkərkən - BUNLARA DİQQƏT EDİN

Şəxsi məlumatların təhlükəsizliyi bankomatlar üçün də aktual problemdir. Ehtiyat tədbirləri görmək üçün bir neçə sadə məqama diqqət yetirmək lazımdır.

AMVPRESS.AZ TED.az-a istinadən bu məqamları diqqətinizə çatdırır:

Kömək üçün gələnlərə etibar etməyin

Fırıldaqçılar rentgen kağızını iki yerə qatladıqdan sonra bankomata yerləşdiririb "ovunu” gözləyirlər. Kartı ilə bank əməliyyatı yerinə yetirmək istəyən vətəndaş əməliyyat edə bilmir. Bu vəziyyətdə fırıldaqçılar kömək bəhanəsi ilə yaxınlaşaraq kart şifrəsini öyrənirlər. Kart sahibi hadisə yerindən uzaqlaşandan sonra sıxılmış kartı maqqaşla götürür və başqa bir bankomatdan pul çıxarırlar.

Pul götürə bilmədiyiniz halda qəbz çıxarsa diqqətli olun!

Fırıldaqçıların metal aparatlar vasitəsilə bankomatların kassasını bağlaması pul götürmənizin qarşısını alır. Qəbz gəlsə də, pulunu ala bilməyən zərərçəkən bankomatın yanından uzaqlaşandan sonra mexanizm çıxarılaraq sıxışan pullar götürülür.

Şifrənizi telefonda paylaşmayın

Bankomatda quraşdırılan mexanizm istifadəçilərin əməliyyat aparmasının qarşısını alır. Vətəndaşın yanına gələn fırıldaqçılar banka zəng etdiklərini bildirərək telefonu zərərçəkənə verirlər. Telefonda olan şəxs kart şifrəsini və şəxsiyyət məlumatlarını öyrəndikdən sonra fırıldaqçılar mexanizmdən "qurbanın” kartını çıxararaq hesabından pul çəkirlər.

Tələlərə diqqət!

Fırıldaqçılar "ovladıqları” vətəndaşın əməliyyat yerinə yetirməsinə mane olaraq şifrəni öyrənmək və pul çəkmək üçün "tutuquşu” adlandırılan kart kopyalama cıhazı yerləşdirirlər.

Ancaq bu yeganə üsul deyil. İpdən istifadə edilərək qurulan mexanizm səbəbi ilə kartından pul çıxarmaq istəyən vətəndaş "kartınızın maqnit sahəsi oxunmur” xəbərdarlığı ilə qarşılaşır. İplə kartın girişinə mane olan fırıldaqçılar şifrə daxil edilmiş kartdan pul çəkirlər.

Bu üsullardan əlavə, bankomat ekranının altında gizli kamera və SD kartı olan bir hissə ola bilər. Yazılan məlumatlar yaddaş kartında saxlanılır. Kart yerləşdirilən hissəyə də əslindən ayırmaq çətin olan bir mexanizm yerləşdirilə bilər. Bu mexanizmdə kart məlumatlarının qeydiyyata alınmasına imkan verən sistem mövcuddur. Kart daxil edilən hissəni silkələdikdə mexanizm yerindən oynayırsa, bunun saxta olduğunu görə bilərsiniz.

AMVPRESS.AZ

Xəbər lenti