Bələdiyyələrə 1 milyon ayrılır - YENİLİK

Bələdiyyələrə 1 milyon ayrılır - YENİLİK
Azərbaycanda ilk dəfə olaraq 2019-cu ilin dövlət büdcəsindən  bələdiyyələrə subvensiya ayrılıb.

AMVPRESS.AZ-ın məlumatına görə, bu barədə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəddə qeyd edilib.

Göstərilib ki, Ədliyyə Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə müraciət edilərək 2019-cu ilin dövlət büdcəsindən bələdiyyələrə subvensiyaların ayrılması ilə bağlı təklif verilib.

"2019-cu ilin dövlət büdcəsi haqqında” qanunda ilk dəfə olaraq bələdiyyələrə 1 milyon manat subvensiya ayrılıb.

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəd Milli Məclisin fevralın 12—də keçiriləcək iclasında müzakirə ediləcək.


AMVPRESS.AZ


Xəbər lenti