Bəzi məktəblərə yeni direktor təyin olunacaq - RƏSMİ

Bəzi məktəblərə yeni direktor təyin olunacaq - RƏSMİ
Azərbaycanda orta məktəb direktorlarının işə qəbulu üzrə müsabiqədə uğur qazanan daha bir neçə namizədin vəzifəyə təyinatı ilə bağlı yaxın günlərdə əmr imzalanacaq.

Bu barədə "report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, dövlət ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinin tutulması üçün elan edilən müsabiqənin ilkin yerləşdirmə nəticələrinə əsasən, uğur qazanan 228 nəfərdən 104 nəfəri müvafiq ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunub və onlarla əmək müqaviləsi bağlanılıb.

"Yerdə qalan 124 namizəddən bir qismi ehtiyat kadrlar siyahısında qalmaq üçün ərizə ilə müraciət ediblər. Qalan namizədlərin təyinatı ilə bağlı yaxın günlərdə əmr layihəsi hazırlanacaq", - nazirlikdən bildirilib.

AMVPRESS.AZ
 

Xəbər lenti