BMW saxta satış məlumatlarına görə 18 milyon dollar cərimə ödəyəcək

BMW saxta satış məlumatlarına görə 18 milyon dollar cərimə ödəyəcək
 
Almaniyanın avtomobil istehsalçısı "BMW Group” şirkətin ABŞ ərazisində avtomobil satışı ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayımlaması iddialarının nizamlanması çərçivəsində ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına 18 milyon ABŞ dolları ödəməyi qəbul edib.

AMVPRESS.AZ xəbər verir ki, bu barədə "The Wall Street Journal” məlumat yayıb. Qeyd olunub ki, söhbət 2015-ci ildə 2019-cu ilə qədər olan dövrdəki hesabatlardan gedir.
"Məlumatların açıqlanmasında dəfələrlə yol verilən səhvlər səbəbi ilə BMW satış həcmləri və Amerika bazarında avtomobillərə olan tələbat barədə informasiyalarda investorları yanıldıb”, - nəşr maliyyə tənzimləyicisinin nümayəndəsindən sitat gətirib.
Qeyd olunub ki, şirkət məsələni günahını nə qəbul etmədən, nə də təkzib etmədən həll edib.

Qəzetin yazdığına görə, şirkətin araşdırma prosesindəki fəal əməkdaşlığı cərimə məbləğinin azaldılmasına yardımçı olub.
 
AMVPRESS.AZ

Xəbər lenti