Bu il ölkəyə elektriklə işləyən 1282 nəqliyyat vasitəsi gətirilib

Bu il ölkəyə elektriklə işləyən 1282 nəqliyyat vasitəsi gətirilib
Cari ilin yanvar-fevral aylarında ölkəyə 1282 elektriklə işləyən nəqliyyat vasitəsi gətirilib.
AMVPRESS.AZ bildirir ki, Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu nəqliyyat vasitələrindən 1273-ü daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən, 9-u isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsidir.
AMVPRESS.AZ

Xəbər lenti