Daha 13 şagird və 7 işçidə koronavirus aşkarlandı

Daha 13 şagird və 7 işçidə koronavirus aşkarlandı
 
Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

AMVPRESS.AZ xəbər verir ki, Nazirliyin məlumatına görə, sentyabrın 24-də 86 şagird və 3 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.
Daha 13 şagird və 7 işçidə koronavirus aşkarlanıb.

Daha 2 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 11-ə çatıb. İndiyə qədər ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib.
 
AMVPRESS.AZ

Xəbər lenti