Depozit hərracında tələb təklifi - 4 DƏFƏ ÜSTƏLƏYİB

Depozit hərracında tələb təklifi - 4 DƏFƏ ÜSTƏLƏYİB

16.09.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 629.5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdir.

AMVPRESS.AZ xəbər verir ki, Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini açıqladığından, bu məbləği də cəlb edib. 

Xəbər verdiyimiz kimi, 09.09.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 583.1 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6.26% təşkil etmişdi.

AMVPRESS.AZ


Xəbər lenti