Dövlət İmtahan Mərkəzindən magistraturaya qəbul olunanlara - XƏBƏRDARLIQ

Dövlət İmtahan Mərkəzindən magistraturaya qəbul olunanlara - XƏBƏRDARLIQ
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olunan bakalavrlar 2019-cu il avqustun 23-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
 
AMVPRESS.AZ xəbər verir ki, Dövlət İmtahan Mərkəzi bəyan edib ki, qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.
Bakalavrlar tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.
 
AMVPRESS.AZ

Xəbər lenti