“Ekologiya postu” sökülür

“Ekologiya postu” sökülür
 
"Ekologiya postu”nun tamamilə sökülməsi və postun yeni binasında son tamamlama işlərinin yekunlaşması, təxminən, bir həftə çəkəcək.

AMVPRESS.AZ bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Bakı-Sumqayıt yolunun genişlənməsi işləri ilə əlaqədar postun binasının yerinin dəyişdiriməsi yol polisinin həmin ərazidəki fəaliyyətinə təsir etməyəcək: "Həmin ərazidə təkcə stasionar xidmət aparılmır, eləcə də mobil naryadlar da var. Yəni patrul maşınları da həmin ərazidə xidmətinə davam edir.

Hazırda orada müəyyən texniki vasitələrin köçürülməsi işləri gedir. Təxminən bir həftəyə həm əvvəlki binanın sökülməsi başa çatacaq və yeni bina fəaliyyətə başlayacaq”, – K.Əliyev bildirib.
 
AMVPRESS.AZ

Xəbər lenti