Elşən Gəncəvi “Trend of the Year” 2018 Mükafatına layiq görülüb - “Business Person”

Elşən Gəncəvi “Trend of the Year” 2018 Mükafatına layiq görülüb - “Business Person”
AMVPRESS.AZ xəbər verir ki, bir müddətdir ki, sosial şəbəkələrdə gündəmə çevrilmiş, "Caspian Events Group” tərəfindən təşkil olunan"Trend of the Year" 2018 Mükafatı sahiblərinə təqdim edilib.

Elşən Gəncəvi - Nəcəfov Elşən Hökumət oğlu "Trend of the Year” 2018 Mükafatına "Business Person” olaraq layiq görülüb.

Elşən Gəncəvi AMV Şirkətlər Qrupunun (AMV Group) direktorudur.

AMV Şirkətlər Qrupunun tərkibində maliyyə və mühasibatlıq xidmətləri üzrə "AMV Consulting”, alternativ təhsil və təlim xidmətləri üzrə "AMV Education”, kuryer və poçt xidmətləri üzrə "AMV Express”, texnologiya və internet xidmətləri üzrə "AMV SoftLab”, səyahət və səfərin təşkili üzrə "AMV Travel”, iqtisadiyyat və biznes informasiyalarının işıqlandırılması üzrə "AMVPRESS.AZ” informasiya portalı fəaliyyət göstərir.

Qeyd edək ki, Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Müxtəlif ictimai və sosial məqalələrin müəllifidir.Elşən Gəncəvinin ictimai və sosial mövzularda məqalələri "Oxu-magiya” kitabında toplanıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu "AMVPRESS.AZ” informasiya portalının baş redaktoru və "İslahat.az” xəbər portalının yazarıdır.
 
Mükafatlandırma gecəsində il ərzində fərqlənən, yaddaqalan və daha çox izlənilən – trendə çevrilmiş şəxslər və şirkətlər mükafatlandırılıblar.

"Trend of the Year” 2018 Mükafatlandırma gecəsi aparıcı Azər Axşama həvalə edilib. Mükafatlandırma gecəsi Flame Towers – Park Cinema IMAX-da baş tutub.
 
AMVPRESS.AZ

Xəbər lenti