Elşən Gəncəvinin Milli Məclisə namizədliyi təsdiqləndi

Elşən Gəncəvinin Milli Məclisə namizədliyi təsdiqləndi

İş Adamı, İctimai Xadim Elşən Gəncəvinin Milli Məclisə namizədliyi təsdiqləndi.

AMVPRESS.AZ xəbər verir ki, Elşən Gəncəvinin (Nəcəfov Elşən Hökumət oğlu) 9 fevral 2020-ci il tarixində keçiriləcək 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizədliyi rəsmən qeydə alınıb.

Elşən Gəncəvi - Nəcəfov Elşən Hökumət oğlu Cəbrayıl rayonu, Süleymanlı kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin "Siyasi Elmlər” faültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi AMV Şirkətlər Qrupunun direktoru, "PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, "Oxu-magiya" kitabının yazarı, "AMVPRESS.AZ" informasiya portalının baş redaktoru, "PUBLIC" jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifidir.

Qeyd edək ki, Elşən Gəncəvi 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

 

AMVPRESS.AZ

Xəbər lenti