Erkin Ergin FENOMEN seçildi – FOTOLAR

Erkin Ergin FENOMEN seçildi – FOTOLAR

Azərbaycanda müxtəlif layihələrin müəllifi, ssenarist, aktyor və yeni yumor dalğasının aparıcı simalarından biri Erkin Ergin "PHENOMENON AWARDS” layihəsinin iştirakçısı olaraq mükafatlandırılıb.

AMVPRESS.AZ xəbər verir ki, "PHENOMENON AWARDS” layihəsinin məqsədi Azərbaycanda öz sahəsində uğurlu, faydalı, seçilən və tarix yazan şəxslərin mükafatlandırılaraq geniş ictimaiyyətə FENOMEN olaraq təqdim etməkdir.

Erkin Ergin öz işi və bacarığı ilə öz dünyasını yaradaraq cəmiyyətə uğurlu, faydalı, seçilən və tarix yazan olduğu üçün FENOMEN seçildi.

Qeyd edək ki,mükafatçılar təşkilat komitəsi tərəfindən, həmçinin, müxtəlif müşahidələr, sosial sorğular və ictimai rəylər əsasında seçilirlər. Hər bir mükafatçı fərd olaraq mükafatlandırılır və ictimaiyyətə fərd olaraq təqdim olunurlar.

Mükafatın rəsmi simvolu dünyanı əlləri ilə saxlamış şəxsdir. Öz işi və bacarığı ilə öz dünyasını yaradan insan mənasını ifadə edir.

Diplom və mükafatın pasportu xüsusi dizaynda hazırlanaraq, rəsmi möhürlənərək təqdim olunur.

"PHENOMENON AWARDS” layihəsi haqqında ətraflı məlumat almaq istəyənlər @phenomenon_awards instagram səhifəsi ilə əlaqə saxlasınlar.

AMVPRESS.AZ

Xəbər lenti