Gömrük Komitəsi: «Sahibkarların invoys qiymətlərini açıqlaya bilmərik»

Gömrük Komitəsi: «Sahibkarların invoys qiymətlərini açıqlaya bilmərik»
Dövlət Gömrük Komitəsi (DGK) bəzi iş adamlarının gömrük rəsmiəşdirilməsi zamanı qeyri-obyektiv invoys qiymətləri tətbiq etməsi ilə bağlı şikayətlərə münasibətini açıqlayıb. Komitə sədrinin müavini İqbal Babayevin verdiyi məlumata görə, invoys qiymətləri tətbiq edilərkən standart qiymətlər və risk göstəriciləri nəzərə alınır.

Qeyd edək ki, bəzi iş adamlarının bu sahə ilə bağlı əsas narazılıqlarından biri gömrük rəsmiləşdirilməsi zamanı sahibkarın gətirdiyi mallara görə təqdim etdiyi invoys qiymətlərinin qibul edilməməsi və malın daha yüksək qiymətlə rəsmiləşdirilməsidir. Nəticədə sahibkarın həmin mala görə ödədiyi gömrük rüsum və vergiləri də yüksəlir.

Komitə rəsmisi isə bilirir ki,  invoys qiymətinin həqiqiliyi yoxlanarkən standart prosedurlar tətbiq edilir: «Ümumiyyətlə standart qiymətlər və qiymətin müəyyən edilməsi üçün risk göstəriciləri var».

İ.Babayevin sözlərindən məlum olur ki, hansısa malın ölkəyə həddən artıq ucuz qiymətə gətirilməsi də riskdən xəbər verir: «Məsələn, sən elə mal gətirə bilərsən ki, malın o qiymətə alınması Azərbaycan bazarında risk daşıyır. Yəni bu sahibkar üçün deyil, başqaları üçün risk yarada, ölkənin bazarına mənfi təmr edə bilər».

Bəzi iş adamları həmin yanaşmanın bütün mal gətirənlərə tətbiq edilmədiyin bildirir. Komitə rəsmisi isə bununla razılaşmır: «Onlar çox gözəl bilirlər ki, qiymət hamı üçün eynidir. Sistem onu tənzimləyir və burada minimum və maksimum qiymətlər görünür».   

Belə halların və şübhələrin aradan qaldırılması üçün eyni mallara görə tətbiq edilən invoys qiymətləri açıqlana bilərmi? İ.Babayev bunu mümkünsüz sayır, çünki gətirilən malın hansı invoys qiyməti ilə rəsmiləşdirilməsi sahibkarların kommesiya sirridr: «Biz başqalarına bildirə bilmərik ki, hansı sahibkar hansı məhsulu neçəyə gətirib. Çünki bu sahibkarın kommenrsiya sirridir. Qanunvericiliyə görə, hər hansı sahibkarın məlumatını 3-cü tərəfə ötürmək qadağandır və dövlətin səlahiyyətində deyil. Bunu sahibkarın özü açıqlaya bilər».

 
AMVPRESS.AZ

Xəbər lenti