Gürcülər Azərbaycanı seçir - Ölkəmiz ikincidir

Gürcülər Azərbaycanı seçir - Ölkəmiz ikincidir
Gürcüstan vətəndaşlarının səyahət üçün üstünlük verdiyi ölkələrin adı açıqlanıb.

AMVPRESS.AZ-ın xəbərinə görə, Gürcüstanın Milli Statistika Xidməti 2019-cu ilin üçüncü rübünə aid məlumat yayıb. 

Məlumata əsasən, Azərbaycan bu ölkələr arasında ikinci pillədədir. Buraya gələn gürcü turistlər 16,8% təşkil edirlər.

Birinci yerdə 48,3%-lə Türkiyə, üçüncü yerdə isə 11,1%-lə Avropa dövlətləri dayanır.


AMVPRESS.AZ

Xəbər lenti