Gürcüstana təhsil almağa gedən azərbaycanlıların sayı açıqlandı - RƏQƏMLƏR

Gürcüstana təhsil almağa gedən azərbaycanlıların sayı açıqlandı - RƏQƏMLƏR
2018-2019-cu tədris ilində Azərbaycandan Gürcüstana oxumağa gedən tələbələrin sayı açıqlanıb. 

Bununla bağlı "Sakstat” milli statistika xidməti məlumat yayıb. 

Bildirilib ki, bu tədris ilində ümumilikdə Gürcüstana 12 200 əcnəbi tələbə yollanıb. 

Gürcüstana ən çox tələbə Hindistandan gedib. Onların sayı altı min təşkil edir.

Azərbaycandan Gürcüstana gedən tələbələrin sayı 2100 nəfərdir ki, bu göstərici ilə ölkəmiz siyahıda ikinci yeri tutub. 

Siyahıda üçüncü yerdə İraq (759 nəfər), dördüncü yerdə isə Rusiya (306 nəfər) qərarlaşıb.
 

AMVPRESS.AZ

 

Xəbər lenti