İnternet nəhənglərinə yeni vergi - TƏTBİQ EDİLƏCƏK

İnternet nəhənglərinə yeni vergi - TƏTBİQ EDİLƏCƏK
Onların, sadəcə öz mərkəzi ofislərinin yerləşdiyi ölkədə vergi ödəməsi narazılıqlara yol açır.

AMVPRESS.AZ xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) baş katibi Angel Gurria, qısaca olaraq GAFA adı verilən "Google”, "Apple”, "Facebook” və "Amazon” kimi internet nəhənglərinin 2020-ci ilin sonuna qədər qanuni şəkildə vergiyə cəlb ediləcəyini açıqlayıb.

Gurrianın sözlərinə görə, bundan sonra inkişaf etməkdə olan ölkələr bu günə qədər toplaya bilmədikləri vergini toplaya biləcək: "İlin bitməsinə hələ 8 ay var və layihənin üzərində işlər davam edir. Dünya ölkələrinin iqtisadiyyatları, cəmiyyətləri və ölkələri bir araya gələrək eyni kriteriyaların necə idarə ediləcəyinə dair razılığa gəlməlidir. Bunun üzərində çalışırıq. Çox çətin və qarışıq işdir. Ancaq buna baxmayaraq, böyük irəliləyiş müşahidə edirik”.
Gurria, həmçinin bildirib ki, beynəlxalq vergi qaydaları mövzusunda Fransa, Almaniya, ABŞ və Türkiyə kimi ölkələrin maliyyə nazirləri başda olmaqla, hər kəs bu məsələnin OECD səviyyəsində həll edilməsini istəyir.

Qeyd edək ki, bu gün rəqəmsal iqtisadiyyatın nəhənglərinin, sadəcə öz mərkəzi ofislərinin yerləşdiyi ölkədə vergi ödəməsi narazılıqlara yol açır.
 
AMVPRESS.AZ

Xəbər lenti