İntihar fikrinə düşən qazilər: onları necə xilas edək? -600-dən çox müraciət

"Postmüharibə dövründə müharibə iştirakçısı olan şəxslər sadə və mürəkkəb "Posttravmatik stress pozuntusu (PTSP)” psixoloji xəstəliyindən əziyyət çəkirlər. Təəssüf ki, yaxın günlərdə iki qazimiz intihar etdi. Azərbaycanda postmüharibə dövrü zamanı psixologiyanın fəaliyyətində real metod və nümunəyə ehtiyac var”.
Bunu Lent.az-a açıqlamasında psixoloq, "İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov bildirib.
Qeyd edək ki, qazi Vüsal Musayev və Yunis Mənsurovun intihar etməsi cəmiyyətdə müəyyən narahatlıq və narazılıqlara səbəb oldu. İndi çoxlarını düşündürən odur ki, müharibə işitrakçısı olmuş şəxsləri bu faciələrdən necə qorumalıyıq. Onlarda yaranan müxtəlif psixoloji vərdişlər aradan qaldırıla bilərmi?
Rövşən Nəcəfovun fikrincə bu məsələ ilə bağlı mərkəzləşmiş fəaliyyətlər formalaşmalıdır ki, pərakəndəlik yaranmasın:
"Psixoloqlar, psixiatrlar və digər aidiyyatı olan sahələrin mütəxəssisləri bu tip mərkəzlərə cəlb olunmalıdı. Müharibə iştirakçısı ifadəsini işlədəndə təkcə hərbçilər deyil, həmçinin, şəhid ailələri, maddi və mənəvi itki yaşamış mülki şəxslər də nəzərdə tutulur. Faciələrin formasından asılı olmayaraq insanların psixoloji gərginlikləri uzun müddət onları müşayiət edir. Patoloji hallar zaman keçdikcə formasını dəyişərək aqressivləşir. Hər iki halda şəxsin və ya şəxslərin psixoloji konsultasiyaya ehtiyacı var. Həm fərdi qaydada, həm də qrup şəklində psixoterapiyanın aparılması vacibdi.”
Psixoloq qeyd edir ki, postmüharibə sindromu zamanı travma almış insanda özünü günahlandırma və özünə qapanma halları olur:
"Bu insanlar öz patoloji halını başqası ilə bölüşməkdən qorxurlar və zamanla keçəcəyini düşünürlər. Yaşamağa həvəsləri ölür. Pozitiv düşüncədən özlərini məhrum edir, bundan başqa, psixoloji gərginliklərin yaratdığı yuxusuzluqdan əziyyət çəkirlər. Depressiyanın aqressiv mərhələsi olan dərin depressiyanın yaranması intihar fikrini insanda formalaşdırır. Psixoloji qıcıqlanma intihar fikrini artıq reallıqla əvəzləyir. İnsanların sinir böhranları yaşamaması üçün peşəkar və effektiv psixoloji metodlara ehtiyacı var. Fərdi qaydada yanaşsaq, şəxsiyyət testləri və emosional davranışların müşahidəsi ilə ilkin psixodiaqnostik mərhələni başlatmaq olar. Şəxsin tərəf kimi çıxış etməsi üçün düzgün ünsiyyətin qurulması və şifahi müsahibənin aparılması əsas fəaliyyət meyarıdır.”
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində noyabr ayından başlayaraq postmüharibə sindromunun aradan qalxması üçün psixoloji dəstək qrupları fəaliyyət göstərir. Bununla bağlı qaynar xəttimizə (Qaynar xətt: 050-406-75-85) olan müraciətlər qeydə alınır.”
Bu fikirləri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov deyib.
Nazirlik rəsmisi qaynar xəttə 600-dən çox müraciət olunduğunu, qrup üzvlərinin Bakı şəhəri və bölgələrdə 2400 dən çox ailə ilə görüşdüyünü bildirir:
"Müharibənin təsirindən zərər çəkmiş şəxslər, şəhid ailələri, qazilər, eyni zamanda erməni terrorundan əziyyət çəkən mülki şəxslərə peşəkar psixoloq və psixiatrlar tərəfindən onlayn və ya qrup halında psixoloji dəstək verilir. Pandemiya səbəbi ilə zəruri hal yaranmadığı təqdirdə, bu cür görüşlər daha çox onlayn rejimdə həyata keçirilir.
Nigar Adil - "Lent.az”
AMVPRESS.AZ
Xəbər lenti
-
11:08Dünya və Avropa mükafatçıları millimizə məşqçi təyin edildilər
-
11:06KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb - FOTO
-
11:05Deputatlar şəhid ailələri ilə bağlı məsələni müzakirə edəcək
-
11:03Ləğv olunan bankların əmanətçilərinə nə qədər vəsait ödənilib? - RƏSMİ
-
14:56Deputat şəhid ailələri ilə görüşüb - FOTOLAR
-
13:28Fevralın 1-dən valideyn övladını məktəbə göndərməyə bilər? - NAZİR AÇIQLADI
-
13:21Təhsil kreditləri üçün dövlət büdcəsindən ayrılacaq pulun miqdarı AÇIQLANDI
-
13:16Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi - FOTO
-
13:15Ənənəvi təhsilə keçidlə bağlı Emin Əmrullayevdən AÇIQLAMA
-
13:13Emin Əmrullayevdən xəbərdarlıq: “Qısa müddətdə qapanmalara qayıda bilərik”
-
13:11Mikayıl Cabbarov Qarabağ Dirçəliş Fondu ilə bağlı paylaşım etdi - FOTO13:07Ali təhsil müəssisələrində təhsilin bərpası ilə bağlı VACİB AÇIQLAMA13:05İnzibati cərimələri ödəməyənlərin NƏZƏRİNƏ12:59Təhsillə bağlı son qərarlar açıqlanır - CANLI YAYIM12:53SMS-icazənin ləğvi ilə sərnişin sayı xeyli artıb12:51Şuşada yeni yarımstansiya tikilir - VİDEO21 Yanvar 202113:20Parlamentin “həkim korpusu” bir çox dinləmələr keçirəcək13:19DİN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ13:18Şəhid ailələri və qazilərimizin kredit borcları silinib13:16Azərbaycan nefti bahalaşmaqda davam edir13:15Əliyevlə Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirildi13:14Nazirlikdə sahibkarlarla görüş keçirilir - FOTO13:13Qarabağa marşrut xətləri açılır: İlk istiqamətlər müəyyən olundu - AÇIQLAMA20 Yanvar 202112:23İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət etdilər - FOTO12:22Türkiyənin Milliyətçi Hərəkat Partiyasından 20 Yanvar faciəsi ilə bağlı paylaşım - FOTO12:21Türkiyənin Azərbaycandakı səfirliyindən 20 Yanvarla bağlı paylaşım - FOTO12:1820 Yanvar üçün yaradılan zəmin, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi12:16Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO19 Yanvar 202119:18İsmayıllıda vaksinasiyaya start verildi19:14Türkiyə vətəndaşlarının Azərbaycana hansı sənədlərlə səfər edəcəyi müəyyənləşdi19:1220 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar sosial müdafiə tədbirləri ilə əhatə olunublar19:11Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama12:00Dövlət Komitəsindən xəbərdarlıq: İyulun 1-dən qadağan ediləcək11:59Ötən il icbari tibbi sığorta çərçivəsində nə qədər tibbi xidmət göstərilib?11:57SOCAR Rumıniyadakı fəaliyyətini genişləndirməkdə davam edir11:55İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verdi11:54TƏBİB-dən Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına MÜNASİBƏT11:53Daha iki şəhid ailəsi təqaüd kartları ilə təmin edilib - FOTO18 Yanvar 202121:32İsmayıllıda ilkin vaksinləşmə prosesi başlanılır20:38Nikitin adına kolxozun inkişaf etdirilməsi prioritetimizdir
Digər xəbərlər
-
İctimai, Maraqlı, Manşet
Bu gündən sərt karantin rejimi yumşaldıldı
-
İctimai, Maraqlı, Manşet
Azərbaycanda sərt karantin rejimi yumşaldılır - RƏSMİ
-
İctimai, Maraqlı, Manşet
İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə - FOTO
-
İctimai, Maraqlı, Manşet
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedib - VİDEO
-
İctimai, Maraqlı, Manşet
İntihar fikrinə düşən qazilər: onları necə xilas edək? -600-dən çox müraciət
-
İctimai, Maraqlı, Manşet
Mehriban Əliyevadan Zəfər muzeyi ilə bağlı TAPŞIRIQ
-
İctimai, Maraqlı, Manşet
ICESCO-nun Baş direktorundan İlham Əliyevə Qələbə hədiyyəsi - FOTO
-
İctimai, Maraqlı, Manşet
Prezident Vidadi Muradovu “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad etdi - SƏRƏNCAM+VİDEO
-
İctimai, Maraqlı, Manşet
“Mədəniyyət” jurnalı Xarı bülbüllü, “Zəfər” soraqlı gəldi