İran spirt istehsalına məhdudiyyəti ləğv etdi

İran spirt istehsalına məhdudiyyəti ləğv etdi
Bu gündən İranda spirt istehsalına tətbiq edilmiş qadağa ləğv olunub.

AMVPRESS.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın Sənaye, Mədən və Ticarət nazirinin müavini Hüseyn Müdərris Xiyabani bildirib.

Onun sözlərinə görə, bundan sonra spirt istehsalı ilə məşğul olan müəssisələr rəhbərlik etdiyi qurumdan lisenziya almalı olmayacaqlar. 

"Bəzi müəssisələri artıq ölkənin ehtiyac duyduğu qədər spirt istehsal etməyə hazır olduqlarını elan ediblər. Onların məhsulunu Qida və Dərman Təşkilatı alaraq Tibb Elmləri İnstitutlarının nəzarəti altında dezinfeksiyaedici gel istehsalı ilə məşğul olan mərkəzlərə paylayacaq", - o qeyd edib. 

Koronavirusun İranda yayılmağa başlamasından sonra ölkədə spirt, maska, eləcə də digər tibbi ləvazimatlar və dərman çatışmazlığı yaşanır.

AMVPRESS.AZ 

Xəbər lenti