Karantini pozan çay evinin sahibi cərimələndi

Karantini pozan çay evinin sahibi cərimələndi
 
Karantin rejimi qaydalarını pozan ictimai-iaşə obyekti aşkarlanıb.

Bu barədə AMVPRESS.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan ictimai-iaşə obyekti aşkar edilib.
L.Məmmədbəyli küçəsində yerləşən "041 Lounge” çay evinin qapalı otaqlarında "playstation” oyunları oynanılaraq xüsusi karantin rejimi qaydalarının pozulması müəyyən olunub.
Obyektin sahibi və orada olan 4 müştəri polis bölməsinə dəvət olunublar. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokollar tərtib edilib.

Sahibkarlıq obyektinin sahibi və müştəriləri karantin rejimi qayda və tələbləri barədə məlumatlandırılıb.
 
AMVPRESS.AZ

Xəbər lenti