Kartla əməliyyatlar iki dəfəyə qədər azalıb

Kartla əməliyyatlar iki dəfəyə qədər azalıb
Koronavirus pandemiyasının yayılması ilə əlaqədar bu ilin mart ayında olduğu kimi, aprel ayında da ölkəmizə gələnlərin sayında azalma müşahidə olunub.

AMVPRESS.AZ xəbər verir ki, bununla bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın 2020-ci ilin may sayında məlumat qeyd olunub.
Məlumatda bildirilir ki, bu ilin aprel ayında Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatlar 19,7 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 80,91% azalma derməkdir.

Ümumilikdə, 2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 231,7 milyon manat təşkil edib. Bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 143,1 milyon manat və ya 38,18% azalma deməkdir.
 
AMVPRESS.AZ

Xəbər lenti