“Köhnə dostluq”: SOCAR biznesinin istiqamətini və coğrafiyasını genişləndirir - ŞƏRH + FOTO

Dünya neft bazarındakı rolunu durmadan artıran Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yeni-yeni müqavilələr imzalayır, neft və neft məhsullarının tədarükçüsü və daşıyıcısı kimi fəaliyyətinin əhatə dairəsini daha da genişləndirir.
Türkmənistanla münasibətlərə yeni nəfəs gəlir.
Report xəbər verir ki, ötən ilin dekabr ayında "SOCAR Trading” şirkətinin "Eni Turkmenistan” şirkəti tərəfindən hasil olunan neftin satın alınmasına dair keçirilən tenderdə qalib gəlməsi barədə xəbər KİV-də dərc olundu. Bununla da "SOCAR Trading” 2017-ci ildən Türkmənistanda "Vitol” şirkəti tərəfindən satın alınan neftin bir hissəsini öz zərfinə qaytardı. Sözügedən tenderdə "SOCAR Trading” ENOC, "Vitol”, "Rosneft”, "LUKoil”, "Trafigura” kimi neft bazarının iri oyunçularını qabaqlayıb. Verilən məlumata görə "Eni Turmenistan” şirkəti 2021-ci il ərzində ayda 30-40 min ton Əkərəm nefti tədarük etmək niyyətindədir.
Bu müqavilənin "SOCAR Trading” üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, ötən il baş verən anlaşılmazlıq üzündən "SOCAR Trading” Türkmənistan neftinin satın almasını dayandırmışdı. "Türkmənistan neftinin Bakı – Tbilisi – Ceyhan (BTC ) boru kəmərilə nəqlinə 2010-cu ilin ortalarından başlanılıb. Türkmənistan BTC kəmərilə dünya bazarına 3-4 milyon tonadək neft ixrac edib. Həmçinin Türkmənbaşı Neftayırma Kompleksinin istehsal etdiyi neft məhsulları da Azərbaycan üzərindən dünya bazarına nəql olunur. Həmin dövr ərzində tədarük işlərini həyata keçirən Azərbaycan logistika şirkəti 2018-ci ildəki tenderi Rusiya şirkətinə uduzdu. Nəticədə 2019-cu ildən Türkmənistan nefti dünya bazarına Bakı terminallarına daxil olmadan, Mahaçqalaya, sonra da Novorossiysk kəmərilə çıxarıldı”, – deyə Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji sahəsi üzrə ekspert İlham Şaban bildirib.
Belə bir qərarın səbəbi KİV-də izah olunmadı, əvəzində bunun tarif üstündə rəqabətilə bağlı olması ehtimalları irəli sürüldü. Lakin sonradan məlum oldu ki, həmin yeni şirkət neft nəqli üçün lazımi sayda tanker gəmiləri yoxdur. Nəticədə Türkmənistan neftinin dünya bazarına ixracatı xeyli azaldı ki, bu da Türkmənistanda fəaliyyət göstərən xarici neft şirkətlərinin gəlirlərinə təsirsiz ötüşə bilməzdi. Necə deyərlər, ucuz ətin şorbası olmaz.
"Türkmənistan neftinin satın alınması və nəqlinə dair keçirilən son tenderdə "SOCAR Trading”in dünya neft istehsalçılarını üstələməsi Azərbaycan şirkətinin əvvəlki mövqeyini bərpa edərək sərt rəqabətdə cəlbedici qiymət irəli sürə bilməsinə dəlalət edir”, – deyə ekspert qeyd edib.
Elə həmin dövrdə "SOCAR Trading” "Petronas” şirkəti tərəfindən Türkmənistanın Kiyanlı yatağında hasil edilən xam neftin satın alınmasına dair keçirilən tenderdə də qalib gəlib. Bununla Türkmənistandan ildə 1 milyon tonadək neft idxal olunacaq.
Bəs bütün bunlar gələcəkdə nə vəd edir? Ekspertin qənaətincə, Türkmənistanda hazırkı neft hasilatının daha çox dəniz yataqlarının payına düşür, "Petronas” və "Dragon Oil” şirkətlərinin məhz şelf sahələrində hasilatı artırır, həmin nefti dünya bazarına çıxarmağın ən sərfəli yolu isə Azərbaycanın Bakı – Tbilisi – Ceyhan neft kəməridir. Belə ki, Aralıq dənizinin sahilindəki Ceyhan terminalına çatdırılan neft dünyanın istənilən yerinə rahat daşına bilir. Bu marşrutun sərfəli olduğunu təsdiqləyən daha bir fakt həm də Qazaxıstan və Rusiyaya aid Xəzər yataqlarından hasil olunan neftin də BTC ilə nəql olunmasıdır. O cümlədən "LUKoil” şirkəti də Xəzər yataqlarında hasil etdiyi neftin bir hissəsini BTC vasitəsilə ixrac edir. Son 10 ildə şirkət BTC ilə 10 milyon tondan artıq neft ixrac edib.
"Yəni Azərbaycan dəhlizinin üstünlükləri göz qabağındadır. BTC-dən daha çox Xəzər nefti nəql etdirmək üçün yalnız sərfəli şərtlər təklif etmək lazımdır”, – deyə İ.Şaban fikrini tamamlayıb.
Bütövlükdə hazırda BTC vasitəsilə Türkmənistandan, Qazaxıstandan, Rusiyadan müxtəlif növ neftin nəqlilə bağlı "SOCAR Trading” şirkətinin imzaladığı müqavilələrin illik həcmi 4 milyon tondan artıqdır.
Belarusla əlaqələr
"SOCAR Trading”in yaxından əməkdaşlıq etdiyi daha bir ölkə də Belarusdur. Bu ölkə ilə neft alış-verişi sahəsindəki əməkdaşlıq uzun illərdir davam edir. 2020-ci ilin birinci rübündə Rusiya ilə neft qiymətlərilə bağlı razılığa gələ bilməyən Belarus dəniz yolu ilə Norveç, Səudiyyə Ərəbistanı, Azərbaycan və ABŞ-dan neft idxal etməyə başladı. Mart ayından "SOCAR Trading” Belarusun Mozır neftayırma zavoduna Supsa və Ceyhan limanları vasitəsilə neft tədarükünə başladı. İlin sonunadək 1 milyon tonadək "Azeri Light” və başqa marka neft dəniz yolu ilə çatdırılıb.
Bu müqavilə uzadılıb, cari ildə də həmin ünvana 1 milyon tonadək neft nəql etmək nəzərdə tutulur. "Həmin neft həcmində Azərbaycandan başqa üçüncü ölkələrdən də neftin daxil olduğunu nəzərə almaq lazımdır. Ancaq neft SOCAR tərəfindən tədarük olunduğu üçün Belarus statistikasında Azərbaycan nefti kimi qeyd olunur”, – deyə ekspert bildirib.
Beləliklə, Azərbaycan neftinin əsas müştəriləri Qara və Aralıq dənizləri hövzələrinin ölkələri olsalar da, Belarusa da neft tədarükü üçün logistika zənciri qurulub. Belə ki, SOCAR nefti tankerlə Ukraynanın Yujniy limanına çatdırılır, sonrakı daşıma növünü Belarus tərəfi özü təyin edir.
"Azərbaycanla Belarus arasındakı neft sahəsində əməkdaşlıq dostluq münasibətlərində böyük paya malikdir. İki ölkə arasındakı ticarət dövriyyəsi mütəmadi artır və xam neftin tədarükü də bu məsələdə mühüm əhəmiyyət daşıyır. Həmçinin ölkəmiz də Belarusdan "Aİ-98” markalı benzin idxal edir”, – deyə ekspert İ.Şaban qeyd edib.
Bu əməkdaşlığın uzunmüddətli olacağı SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşü zamanı Belarus baş naziri Sergey Rumasın dediklərindən də sezilir: "Biz uzunmüddətli müqavilələr imzalamaq üçün etibarlı tərəfdaş tapmaq istərdik. Təcrübə göstərir ki, SOCAR da elə bu cür etibarlı tərəfdaş ola bilər”.
SOCAR-ın da Belarus neft-qaz sektorunda uzun müddət qalmaq, bu ölkədə müxtəlif layihələr icra etmək niyyəti şəksizdir.
Beləliklə, etibarlı və sərfəli tərəfdaş kimi ad çıxaran SOCAR öz işgüzar fəaliyyətlərini istər sahəvi, istərsə də coğrafi mənada uğurla şaxələndirməyi bacarır. Şaxələndirmək də məlum məsələdir ki, böyük biznesin uzunmüddətli olmasını şərtləndirən başlıca amillərdəndir.
AMVPRESS.AZ
Xəbər lenti
-
16:04Tələbə dərs oxusun, yoxsa işləsin - Dilemma qarşısında
-
11:08Dünya və Avropa mükafatçıları millimizə məşqçi təyin edildilər
-
11:06KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb - FOTO
-
11:05Deputatlar şəhid ailələri ilə bağlı məsələni müzakirə edəcək
-
11:03Ləğv olunan bankların əmanətçilərinə nə qədər vəsait ödənilib? - RƏSMİ
-
14:56Deputat şəhid ailələri ilə görüşüb - FOTOLAR
-
13:28Fevralın 1-dən valideyn övladını məktəbə göndərməyə bilər? - NAZİR AÇIQLADI
-
13:21Təhsil kreditləri üçün dövlət büdcəsindən ayrılacaq pulun miqdarı AÇIQLANDI
-
13:16Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi - FOTO
-
13:15Ənənəvi təhsilə keçidlə bağlı Emin Əmrullayevdən AÇIQLAMA
-
13:13Emin Əmrullayevdən xəbərdarlıq: “Qısa müddətdə qapanmalara qayıda bilərik”
-
13:11Mikayıl Cabbarov Qarabağ Dirçəliş Fondu ilə bağlı paylaşım etdi - FOTO13:07Ali təhsil müəssisələrində təhsilin bərpası ilə bağlı VACİB AÇIQLAMA13:05İnzibati cərimələri ödəməyənlərin NƏZƏRİNƏ12:59Təhsillə bağlı son qərarlar açıqlanır - CANLI YAYIM12:53SMS-icazənin ləğvi ilə sərnişin sayı xeyli artıb12:51Şuşada yeni yarımstansiya tikilir - VİDEO21 Yanvar 202113:20Parlamentin “həkim korpusu” bir çox dinləmələr keçirəcək13:19DİN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ13:18Şəhid ailələri və qazilərimizin kredit borcları silinib13:16Azərbaycan nefti bahalaşmaqda davam edir13:15Əliyevlə Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirildi13:14Nazirlikdə sahibkarlarla görüş keçirilir - FOTO13:13Qarabağa marşrut xətləri açılır: İlk istiqamətlər müəyyən olundu - AÇIQLAMA20 Yanvar 202112:23İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət etdilər - FOTO12:22Türkiyənin Milliyətçi Hərəkat Partiyasından 20 Yanvar faciəsi ilə bağlı paylaşım - FOTO12:21Türkiyənin Azərbaycandakı səfirliyindən 20 Yanvarla bağlı paylaşım - FOTO12:1820 Yanvar üçün yaradılan zəmin, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi12:16Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO19 Yanvar 202119:18İsmayıllıda vaksinasiyaya start verildi19:14Türkiyə vətəndaşlarının Azərbaycana hansı sənədlərlə səfər edəcəyi müəyyənləşdi19:1220 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar sosial müdafiə tədbirləri ilə əhatə olunublar19:11Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama12:00Dövlət Komitəsindən xəbərdarlıq: İyulun 1-dən qadağan ediləcək11:59Ötən il icbari tibbi sığorta çərçivəsində nə qədər tibbi xidmət göstərilib?11:57SOCAR Rumıniyadakı fəaliyyətini genişləndirməkdə davam edir11:55İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verdi11:54TƏBİB-dən Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına MÜNASİBƏT11:53Daha iki şəhid ailəsi təqaüd kartları ilə təmin edilib - FOTO18 Yanvar 202121:32İsmayıllıda ilkin vaksinləşmə prosesi başlanılır
Digər xəbərlər
-
İctimai, Maliyyə, Biznes, Manşet
KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb - FOTO
-
İctimai, Maliyyə, Biznes, Manşet
SOCAR və Amerika Neft İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
-
İctimai, Maliyyə, Biznes, Manşet
TOTAL-ın region üzrə yeni vitse-prezidenti SOCAR-a təqdim olundu - FOTO
-
İctimai, Maliyyə, Biznes, Manşet
“Köhnə dostluq”: SOCAR biznesinin istiqamətini və coğrafiyasını genişləndirir - ŞƏRH + FOTO
-
İctimai, Maliyyə, Biznes, Manşet
Nazir Ukrayna səfiri ilə görüşüb: İqtisadi əlaqələrin şaxələndirilməsi müzakirə olunub
-
İctimai, Maliyyə, Biznes, Manşet
Ölkədə yeni iş yerləri yaradılacaq
-
İctimai, Maliyyə, Biznes, Manşet
“AMV Consulting” şirkəti: “Nazirlik saxta imzanı görmür”
-
İctimai, Maliyyə, Biznes, Manşet
Azərbaycan ilk dəfə kasıb ölkələr üçün donor olacaq
-
İctimai, Maliyyə, Biznes, Manşet
SOCAR memorandumu imzaladı